Yuxarı

Ukrayna 9 mayda Moskvanı vurmaq gücündədir: Vuracaq?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukrayna 9 mayda Moskvanı vurmaq gücündədir: Vuracaq?

Ukrayna Prezidenti Vladimir Zelenskinin Moskvada 9 May paradına qatılmağı planlaşdıran xarici ölkə nümayəndələrinin təhlükəsizliyi ilə bağlı risklərin mövcud olması barədə söylədiklərinin iki mənası var. Birincisi, Zelenskinin sözlərinə görə, Rusiya tərəfi bu şəxslərlə bağlı istənilən hərəkəti edə və sonra bunun məsuliyyətini Ukraynanın üzərinə ata bilər. Bu versiya ağlabatan deyil. Kreml Ukraynanı ittiham etmək üçün uzun müddətdir üzərində çalışdığı və qonaqları bir yerə toplamağa arzuladığı paradı niyə bilərəkdən pozsun ki? İkincisi, Ukrayna Moskvada 9 May paradını pozmaq üçün Rusiyanın paytaxtına dronlar vasitəsilə zərbələr endirə bilər. Bu isə mümkündür və Ukrayna ordusu oxşar əməliyyatları bir neçə dəfə həyata keçirib, hətta 2023-cü ilin may ayında Kremlə iki dron zərbəsi endirib və bunun görüntüsünü də yayımlayıb.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bildirib.

Politoloq qeyd edib ki, Vladimir Zelenskinin məqsədi aydındır:

“O, “xarici qonaqların təhlükəsizliyinə təminat yoxdur” deməklə 9 May paradını pozmaq və Rusiyanın imicinə daha böyük zərbə vurmaq istəyir. Bu, parada qatılmaq istəyən xarici qonaqları seçim qarşısında qoya bilərmi? Çətin, hansı lider ki, parada qatılacağını əvvəlcədən müəyyələşdirib, o, Rusiya Prezidenti Vladimir Putinin paradda iştirak dəvətindən imtina etməyəcək. Dəvətdən imtina Zelenskinin xəbərdarlığının nəzərə alınması kimi qiymətləndiriləcək.

Kremlin qonaqlarını qorumaq üçün təhlükəsizlik tədbirlərini artıracağı aydındır. Moskva səmasında hava müdafiə sistemləri gücləndirilmiş iş rejimində çalışacaqlar. Bununla təhlükənin tam ortadan qaldırıldığını söyləmək mümkündürmü? Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev sosial media hesabında bildirib ki, Qələbə günü təxribat olarsa, Kiyevin mayın 10-nu “görməyəcəyinə” işarə edib. Medvedyev bu açıqlamasıyla faktiki Zelenksinin “təhlükəsizliyə təminat yoxdur” açıqlamasını gücləndirmiş olur”.

Tarix
2025.05.04 / 20:57
Müəllif
Axar.az
Digər xəbərlər

Sülh planı Kremlə çatdırıldı: Nələr var və Putin razılaşacaq?

Naxçıvandan Ermənistana atəş açılıb? - Rəsmi

Faiq Əliyev barəsində çıxarılan hökm ləğv edildi

Leyla Əliyeva Mərkəzi Nəbatat Bağında - Foto

Karapetyan İsmayılovun restoranında 2 milyon xərclədi

Bu üç ölkənin ərazisində separatçı yuvalar var - Prezident

Vaxtilə stadionda "Qarabağ Ermənistandır" deyənlər... - Əliyev

Sandu İlham Əliyevi təbrik etdi

İlham Əliyev Qırğızıstana səfər edəcək

Zakir Həsənov Liviyaya başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla