Yuxarı

Keçmiş sevgilisini döyən şəxs saxlanıldı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Keçmiş sevgilisini döyən şəxs saxlanıldı

Mayın 2-də saat 19:30-da paytaxt sakini Şərafət Babayevanın yaşadığı ünvanda tanışı, 20 yaşlı Murad Əhmədov tərəfindən döyülməsi və ona kəsici alətlə xəsarət yetirilməsi barədə polisə müraciət daxil olub.

Axar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Lumu İsrəfilli məlumat verib.

O bildirib ki, əməli törətməkdə şübhəli bilinən M.Əhmədov saxlanılaraq Polis Şöbəsinə gətirilib, müvafiq izahatlar alınıb.

Təhqiqat araşdırmaları davam etdirilir.

Qeyd edək ki, zərərçəkmiş Şərafət Babayevanın bildirdiyinə görə, 3-4 gün əvvəl ayrıldığı sevgilisi Murad Əhmədov onun yaşadığı binanın 6-cı mərtəbəsindəki mənzilinə dəhlizdə yerləşən pəncərədən daxil olub.

Onun sözlərinə görə, M.Əhmədov zərərçəkənin telefonunu əlindən almağa çalışıb və mətbəxdən götürdüyü bıçaqla onu hədələyib. Müqavimət zamanı isə qadının əli bıçaqla yaralanıb.

Zərərçəkən bildirib ki, M.Əhmədov babası Oqtay Atakişiyevin Müdafiə Sənayesi Nazirliyində sabiq vəzifəli şəxs olması ilə öyünərək, ona qarşı hər hansı tədbirin görülməyəcəyini iddia edib.

Tarix
2025.05.05 / 00:52
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla