Yuxarı

Leyla və Arzu Əliyevalar Xalça Festivalını ziyarət etdilər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 4-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva İçərişəhərdəki Qoşa Qala meydanında keçirilən Beynəlxalq Xalça Festivalını ziyarət ediblər.

Axar.az xəbər verir ki, onlar festivalda nümayiş olunan xalça nümunələri, ənənəvi sənətkarlıq məmulatları, eləcə də müxtəlif ölkələrin milli tətbiqi-dekorativ sənət nümunələrinin sərgiləndiyi pavilyonlarla tanış olublar.

Leyla Əliyeva və Arzu Əliyeva, həmçinin xalçaların hazırlanma prosesinə baxış keçiriblər. Məlumat verilib ki, bu proses yunların çeşidlənməsi, təmizlənməsi, təbii boyalarla rənglənməsi, sapların hazırlanması, naxışların yaradılması və toxunmasından ibarətdir.

Daha sonra onlar festivalda iştirak edən yerli və xarici qonaqlarla səmimi söhbətlər aparıb, xatirə şəkilləri çəkdiriblər.

Tarix
2025.05.04 / 23:48
Müəllif
Axar.az
Digər xəbərlər

Badamov deport edildi: Prezident Moskvaya getməyə bilər?

Ukrayna 9 mayda Moskvanı vurmaq gücündədir: Vuracaq?

Gözlənilməz qərar: Azərbaycan “3-cü dalğaya” hazırlaşmalıdır

Samir Şərifov Şara ilə görüşdü - Foto

1994-cü ildə atəşkəsi buna görə imzaladıq – Sərkisyan

Badamov Moskvada niyə saxlanıldı? - XİN-dən reaksiya

Deputat Azər Badamov Moskvada saxlanıldı

Kirilldən Əliyevə: Putin xahiş etdi ki...

Netanyahu buna görə gəlmədi: İsrailin Bakıya verdiyi dəyər...

Sahibə Qafarova TBMM sədrinə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla