
Arıqlamağı sürətləndirməyin beş sübut edilmiş yolu...
01:55
Ana səhifə İdman |
![]() ![]() ![]() ![]() |
“Bavariya” Almaniya çempionatının 2024/2025 mövsümünün vaxtından əvvəl çempionu olub.
Axar.az xəbər verir ki, ikinci yerdə gedən “Bayer” çempionatın 32-ci turunda səfərdə “Frayburq”la 2:2 hesabı ilə heç-heçə edib və turnir cədvəlində “Bavariya”nı keçmək şansını itirib.
Münhenlilər mövsümün sonuna iki tur qalmış 76 xala malikdirlər, “Bayer”in isə 68 xalı var.
“Bavariya” Almaniya çempionatını 34-cü dəfə qazanıb.
Tarix
2025.05.04 / 22:15
|
Müəllif
Axar.az
|