Yuxarı

Leyla və Arzu Əliyevalar DOST Mərkəzində... - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edərək, burada həssas qruplara aid şəxslərin yaradıcılıq prosesi ilə əyani tanış olublar.

Axar.az xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Mərkəz haqqında ətraflı məlumat verib. O bildirib ki, burada əlilliyi olan şəxslərin, şəhid ailələrinin üzvlərinin və digər həssas qrupların bacarıqlarının inkişaf etdirilməsi məqsədilə müxtəlif istiqamətlərdə təlim və məşğələlər təşkil olunur. Eyni zamanda, benefisiarlar sosial-psixoloji dəstəyə yönəlik reabilitasiya xidmətlərinə də cəlb olunurlar. Nazir qeyd edib ki, fəaliyyətə başladığı vaxtdan etibarən Mərkəzdə 120-dən çox müxtəlif tədbir keçirilib. Mərkəz və onun İsmayıllıda, Bərdədə yerləşən “DOST Evi” filiallarında ümumilikdə 700-dən çox şəxsə xidmətlər göstərilib. Hazırda isə 200-ə yaxın benefisiar müxtəlif sahələr üzrə təlimlərə cəlb olunmaqla onların şəxsi və peşə bacarıqlarının inkişafına dəstək göstərilir. Vurğulanıb ki, benefisiarların əl işləri bir sıra beynəlxalq sərgilərdə, həmçinin COP29-un Yaşıl zonasındakı “Art Pavilion”da nümayiş etdirilib və böyük maraqla qarşılanıb.

Leyla Əliyeva ilə Arzu Əliyeva Mərkəzdə təlimçilərin və benefisiarların dulusçuluq, xalçaçılıq, təsviri incəsənət sahələrində gördükləri iş prosesi ilə yaxından tanış olublar. Daha sonra müəssisənin əlilliyi olan təlimçisi tərəfindən 5 May - “Xalçaçı Günü” münasibətilə hazırlanmış, İrəvan xalçası və Qarabağ Çələbi xalçası naxışları ilə işlənmiş kompozisiya nümayiş olunub.

Proqram çərçivəsində Leyla Əliyeva və Arzu Əliyeva 2 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsinin sakinlərinin ifalarını, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin təlimçilərinin və benefisiarlarının təqdim etdikləri inklüziv konsert proqramını izləyiblər.

Tədbirin sonunda IDEA könüllülərinin də iştirakı ilə Mərkəzin həyətyanı sahəsində ağacəkmə tədbiri keçirilib.

Qeyd edək ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 2021-ci ildən etibarən fəaliyyət göstərir. Mərkəz Cənubi Qafqazda ilk və ən böyük inklüziv yaradıcılıq və inkişaf məkanı hesab olunur.

Tarix
2025.05.04 / 21:06
Müəllif
Axar.az
Digər xəbərlər

Berdiməhəmmədov Azərbaycana gəldi

Tramp Putinə niyə 50 gün vaxt verdi? - Əsl hədəf budur

Oyun qaydaları dəyişdi: Ukrayna ərazilərini geri alacaq

Prezidentin nümayəndəsi İrəvanla sülh sazişindən danışdı

Gürcüstan-Ermənistan gərginliyi: Nələr baş verir?

Azərbaycanın "İbrahim sazişləri"nə qoşulması... - ABŞ

Bakı-Dəməşq sazişi: yüz milyonlarla yatırım – qazanc isə...

İrəvan ABŞ səfirinin Zəngəzur təklifini niyə rədd etdi?

ABŞ-ın Zəngəzura 100 illik nəzarət planı: Regionu nə gözləyir?

İki əzəli düşmən birləşir... – Telegraf

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla