Yuxarı

Bakıda keçirilən Avropa Kubokuna yekun vuruldu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda keçirilən Avropa Kubokuna yekun vuruldu

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulub.

Axar.az xəbər verir ki, sonuncu - dördüncü yarış günündə gənc gimnastlar ayrı-ayrı alətlər üzrə fərdi və qrup hərəkətləri proqramlarında mübarizə aparıblar.

Böyüklər isə çarpaz qarşılaşmalarda qüvvələrini sınayıblar.

Fərdi proqramda halqalarla hərəkətlərin icrasında ukraynalı Qoraşçenko Lyubov qızıl, polşalı Ksenia Zizyik gümüş, Azərbaycan təmsilçisi Şəms Ağahüseynova isə bürünc medala sahib çıxıb.

Qrup hərəkətləri komandalarının yarışlarında Azərbaycan yığması iki dəfə fəxri kürsüyə qalxıb.

Beş halqada Bolqarıstan birinci, İsrail ikinci, Nəzrin Abdullayeva, Ayan Nəsirova, Nəzrin Salmanlı, İlahə Bahadırova, Şəms Müvəffəqi və Nilufər Orucludan ibarət Azərbaycan millisi üçüncü yeri tutub. Beş gürz proqramında Bolqarıstan bütün rəqiblərini qabaqlayaraq podiumun ən yüksək pilləsinə qalxıb. İtaliya gümüş, Azərbaycan bürünc mükafata yiyələnib.

Çarpaz qarşılaşmalarda isə italiyalı Sofia Raffaelli qızıl, özbəkistanlı Lola Djuraeva gümüş, ukraynalı Onofriiçuk Taisiya bürünc medal qazanıb. Qaliblərə medallarla yanaşı, pul mükafatı da təqdim olunub.

Qeyd edək ki, yarışlarda 25 ölkədən 170-dən çox gimnast iştirak edib.

Tarix
2025.05.04 / 21:41
Müəllif
Axar.az
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla