Yuxarı

Bakı Tehranın bu istəyini yerinə yetirə bilər – Şərt nədir?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı Tehranın bu istəyini yerinə yetirə bilər –

İranın Naxçıvan məsələsi ilə bağlı müəyyən nigaranlığı var.

Bu sözləri Axar.az-a İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin Bakıya, daha sonra isə Naxçıvana səfərini şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq səfərin bir sıra siyasi motivlərdən qaynaqlandığını qeyd edib:

“Qars müqaviləsinə görə, Naxçıvanın təhlükəsizliyinə problem yaranacağı təqdirdə Türkiyə hərəkətə keçəcək. Son zamanlar isə Türkiyənin Naxçıvanda hərbi bazalar açdığına dair şayiələr yayılıb. Əslində, Ruhani Naxçıvana səfər etməli idi, ancaq sonradan planda dəyişiklik oldu. Düzdür, Azərbaycanın Naxçıvanda Türkiyənin hərbi bazasını açmaq fikri var. Ancaq Türkiyə NATO dövləti olduğundan alyans buna icazə vermir. Hər halda Zərifin Naxçıvana səfəri sırf bununla bağlı deyil və daha maraqlı səbəblərə söykənir”.

Politoloqun sözlərinə görə, İran Araz çayının Naxçıvan hissəsindən Urmiya gölünə yeni bəndin çəkilməsi imkanlarını və bunun texniki paramentlərini nəzərdən keçirir:

“Bakı hələ buna razılıq verməyib, çünki Urmiya gölü qurumaq üzrədir. Ancaq İran Ermənistanla əlaqələri minimuma endirərsə, sözügedən ideya gerçəkləşə bilər. Bundan başqa, iranlılar Araz çayı üzərində suda dəryaça, həmçinin SES tikilməsi və suyun bir hissəsinin də Urmiya gölünə nəql edilməsi məsələsi üzərində də düşünürlər. Birinci məsələ tamamilə realdır. Ancaq ikinci məsələ hələ ki, iddia formasındadır. Bu məsələlər çiy olsa da, hər iki tərəfin mütəxəssisləri tərəfindən nəzərdən keçirilir. Yəni söhbət İran-Azərbaycan əlaqələrini daha yüksək tarixi mərhələyə qaldırmaqdan və sözsüz ki, Tehranın İrəvanla əlaqələrinin tamamilə dayandırılmasından gedir”.

Qeyd edək ki, İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif aprelin 5-6-da Azərbaycana səfər edəcək. Zərif Qoşulmama Hərəkatı çərçivəsində Bakıda keçiriləcək “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda aralıq nazirlər konfransından sonra Naxçıvana yollanacaq.

Tarix
2018.04.03 / 16:21
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

İlham Əliyevin Efiopiyanın baş naziri ilə təkbətək görüşü...

Paşinyandan ayrılan Anna qızıllarını göstərdi - Video

Onları Prezidentlə xanımı qarşıladı

Prezident Xocalı Soyqırımı Memorialının açılışında... - Foto

Fidandan Azərbaycan açıqlaması: Yanınızdayıq!

Prezident: İradəmizə qarşı çıxanın başı əziləcək!

İşğal dövründə bizə nə qədər təzyiqlər olub... - Prezident

Ərdoğan Xocalı soyqırımı ilə bağlı paylaşım etdi

Onlar Azərbaycanı bu faciədə günahlandırmağa çalışırdı...

Xocalı soyqırımının məsuliyyətini Ermənistan daşıyır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla