Yuxarı

Kreml Sərkisyanla görüşü niyə gizli saxlayır?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Prezidenti Armen Sərkisyan həftənin əvvəlində Moskvada olub və Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla görüşüb. Ancaq bu barədə nə Rusiya, nə də Ermənistan mənbələri xəbər yayıb.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, faktiki bu görüş yarıgizli xarakter daşıyıb:

“Armen Sərkisyan Moskvaya Nyu York və Parisdəki görüşləri bitirdikdən sonra gedib. Maraqlı trayektoriyadır. Söhbət ATƏT-in Minsk Qrupunun həmsədri olan 3 dövlətə ziyarətdən gedir. Armen Sərkisyan ABŞ Dövlət katibi Mayk Pompeo və tanınmış siyasi ekspert və keçmiş dövlət xadimi Henri Kissincerlə də görüşüb. Əlbəttə, Armen Sərkisyan xarici siyasət məsələlərində ölkəsinin Baş naziri Nikol Paşinyandan daha tərcübəlidir, illər uzunu Böyük Britaniyada səfir işləyib, bundan əvvəl isə nəhəng şirkətlərdə müşavir vəzifəsində çalışıb, üstəgəl Kembriç Universitetində dərs deyib”.

Politoloq vurğulayıb ki, onun bu səfərləri Ermənistanın mürəkkəb geosiyasi durumdan xilas etmək məqsədi daşıya bilər:

“Ancaq nə Mayk Pompeo, nə də Sergey Lavrov Ermənistan prezidenti ilə görüşlərinə dair heç bir ipucu verməyiblər”.

Tarix
2018.10.14 / 21:06
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

Əgər Vardanyan bu siyahıya daxil edilibsə... - Qonçarenko

Kupman Azərbaycana gəlir

Qusev etimadnaməsini Azərbaycan XİN-ə təqdim etdi

AP-nin komitə üzvü Bakıya qarşı qərəzli mövqeyi pislədi

Nəcməddin Sadıqov mənə bir dəfə 300 min, bir dəfə də...

Ermənistanla sərhəddə 35 sərhəd dirəyi quraşdırıldı

Başkənd qalmaqalı: Dediklərimə cavabdehəm! - Deputat

Nazirlərin görüşü: Biz vasitəçi deyilik - Astana

Şotlandiyanın birinci naziri istefa verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla