Yuxarı

Aİ ilə növbəti danışıqlar bu tarixdə keçiriləcək

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Aİ ilə növbəti danışıqlar bu tarixdə keçiriləcək

Azərbaycan ilə Avropa İttifaqı arasında yeni sazişə dair danışıqların növbəti mərhələsinin gələn il yanvar ayında Brüsseldə keçirilməsi nəzərdə tutulur.

Axar.az xəbər verir ki, 2019-cu ilin yanvar ayında Avropa İttifaqı ilə Azərbaycan siyasət, təhlükəsizlik və ticarət məsələlərinə dair dialoqu davam etdirəcəklər.

Bu haqda jurnalistlərə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas məlumat verib.

Səfir Azərbaycan ilə Avropa İttifaqı arasında yeni sazişə dair danışıqların dekabrın 4-dən 6-dək Bakıda keçirilmiş mərhələsini şərh edərək bildirib ki, “danışıqlar səmərəli olub”.

Bu gün həm də sektorial məsələlərə dair videokonfrans keçirilib.

Diplomat qeyd edib ki, Avropa İttifaqının yetərincə geniş tərkibli nümayəndə heyətinin Bakıya gəlməsi Avropa İttifaqının Azərbaycan ilə saziş bağlamaq niyyətinin ciddiliyinə dəlalət edir.

Tarix
2018.12.07 / 19:53
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Döyüş bayraqlarının verilməsi mərasimində

Prezident Naxçıvan Regional DOST Mərkəzinin açılışında

Prezident Naxçıvanda yeni avtobuslara baxdı

Prezident Naxçıvan Sənaye Parkının təməlini qoydu - Foto

İlham Əliyev bu stansiyalardakı işlərlə tanış oldu

İlham Əliyev və xanımı Heydər Əliyev abidəsini ziyarət etdi

Ermənistan və İran TRİPP-lə bağlı razılaşdı

Ermənistan Azərbaycandan qaz almaq istəyir

İlham Əliyev Naxçıvana getdi - Video

Bakı və Vaşinqton arasında mühüm görüş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla