Yuxarı

Bakı Qarabağda dağıdıcı qələbə qazanacaq - Rus politoloq

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı Qarabağda dağıdıcı qələbə qazanacaq - Rus politoloq

Rusiya bu gün “Bulat” raket kompleksini sınaqdan keçirib. “Bulat” canlı qüvvəni, mühafizəsiz avadanlıqları və zirehli texnikanı məhv etmək üçün nəzərdə tutulmuş bir raket kompleksidir. Səkkiz raketdən ibarət olan bu kompleks, əslində, piyada qoşunlarına qarşı istifadə üçün nəzərdə tutulub.

Rus hərbi ekspert, şərqşünas və politoloq İqor Pankratenko Axar.az-a açıqlamasında sözügedən raket kompleksinin ixracı haqda hələlik heç bir müzakirənin gözlənilmədiyini deyib:

“Çünki bu raket kompleksi hələ sınaq mərhələsindədir və seriyaya buraxılmayıb. 20-23 yanvar tarixində çıxması gözlənilən Rusiya silah ixracı siyahısına bu raket kompleksinin daxil edilməyəcəyini düşünürəm. Amma əminəm ki, o siyahıda rəsmi Bakıda maraq doğuracaq yeni helikopter Ka-52, zirehli maşın BMP-3 və T-90C tankları, onlar üçün nəzərdə tutulmuş artilleriya və raket sistemləri olacaq. Bu siyahıda taktiki sistemlər üçün nəzərdə tutulan yeni sursatların olması da gözlənilir”.

Ekspertin sözlərinə görə, Azərbaycan artıq Rusiya istehsalı olan silahların daha keyfiyyətli olmasına xüsusi diqqət yetirir:

“Onu da qeyd etməliyəm ki, hazırda Azərbaycan Ordusu Ermənistanın hərbi qüvvələrindən qat-qat üstündür. Söhbət həm də keyfiyyət üstünlüyündən gedir. Odur ki, isti müharibə baş verəcəyi halda, Azərbaycanın dağıdıcı qələbəsinə şübhə etmirəm”.

Tarix
2018.12.26 / 16:37
Müəllif
Rəfiqə Məmmədzadə
Digər xəbərlər

Şövkət Mirziyayev Mikayıl Cabbarovu qəbul etdi

Mustafayevlə Overçuk sentyabrda görüşəcək

Vətən müharibəsi yeni reallıqlar yaradıb - Bayramov

Azərbaycan və Rusiya arasında sənəd imzalandı

Rusiya ilə birbaşa uçuşların bərpası planlaşdırılır

Azərbaycanla Rusiya mürəkkəb mərhələni geridə qoydu

AZAL qəzası ilə bağlı bütün məsələlər... - Lavrov

Bayramov Moskvada "Naməlum əsgər"i ziyarət etdi

Bayramovla Lavrovun görüşü başladı

Bakıda bu küçələr xoşuma gəlir - Pelleqrini

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla