Yuxarı

Konsulumuz Şərqi Azərbaycanın valisi ilə görüşdü

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Təbriz şəhərindəki baş konsulu Əliyənnağı Hüseynov İranın Şərqi Azərbaycan vilayətinə yeni təyin olunan vali Məhəmmədrza Purməhəmmədi ilə görüşüb.

Axar.az xəbər verir ki, görüşdə qarşılıqlı münasibətlərin inkişafı, Azərbaycan ilə İranın sərhədyanı rayonlarının iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə edilib.

Baş konsul Ə.Hüseynov vəzifəyə təyin olunması münasibətilə M.Purməhəmmədini təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Diqqətə çatdırılıb ki, Azərbaycan ilə İran yaxın qonşu və dost ölkələrdir. Hər iki ölkənin prezidentləri siyasi iradə nümayiş etdirərək qarşılıqlı münasibətlərin inkişafına nail olublar. Bu ölkələr arasındakı əlaqələrin əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndər Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri işlədiyi dövrdə İranın regiondakı mövqeyini düzgün qiymətləndirərək bu ölkəyə səfər edib və qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulmasına nail olub. Bu gün Ulu Öndərin siyasi kursunu uğurla davam edən Prezident İlham Əliyev İran ilə münasibətlərin inkişafına xüsusi önəm verir. Azərbaycan və İran prezidentlərinin dostluq münasibətləri də qarşılıqlı əlaqələrin inkişafına təkan verib. Bu gün hər iki ölkənin “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşmasında göstərdiyi birgə fəaliyyət təsadüfi deyil.

Qeyd olunub ki, sərhədyanı rayonlar arasında iqtisadi və ticarət əlaqələri mövcuddur. Azərbaycan və İran güclü iqtisadi potensiala malikdirlər və bu potensial sərhədyanı rayonlar arasındakı əlaqələrin genişlənməsinə böyük imkanlar yaradır. Bu imkanlardan daha səmərəli istifadə edib əlaqələri genişləndirmək vacibdir.

Vali Məhəmmədrza Purməhəmmədi hələ Təbriz Universitetinin rektoru işlədiyi dövrdə Azərbaycana etdiyi səfərləri xatırladıb, ölkəmizin böyük inkişaf yolu keçdiyini bildirib. Qeyd olunub ki, İran ilə Azərbaycan ortaq dini, mədəni dəyərlərə malikdirlər. Hər iki xalqın milli dəyərləri oxşardır və bu münasibətlərin qarşılıqlı etimada əsaslanaraq inkişaf etməsi zərurətə çevrilib. Bildirilib ki, dövlət başçılarının səyləri nəticəsində səmimi əməkdaşlıq mühiti formalaşıb və bu əməkdaşlığı möhkəmləndirmək lazımdır.

Vali vurğulayıb ki, İran Azərbaycanla bütün sahələr üzrə əməkdaşlıq əlaqələrini genişləndirməkdə maraqlıdır.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Azərbaycanın Təbriz şəhərindəki konsulu Eldar Məmmədov və İranın Xarici İşlər Nazirliyinin Şimal-Qərb Nümayəndəliyinin rəhbəri İsmayıl Rağeb Babayi və digər rəsmi şəxslər də görüşdə iştirak ediblər.

Tarix
2018.12.28 / 01:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla