Yuxarı

Prezident Böyük Şor gölünü bölən yolun açılışını etdi - Foto

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident Böyük Şor gölünü bölən yolun açılışını etdi - Foto

10:35

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 28-də paytaxtın Ziya Bünyadov prospekti ilə Balaxanı-Binəqədi avtomobil yolunu birləşdirən yeni yolun açılışında iştirak edib.

Axar.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov yeni yolda görülən işlər barədə dövlət başçısına məlumat verib.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.

Xatırladaq ki, Böyük Şor gölü üzərində inşa olunan yol Sumqayıt və Xırdalan, həmçinin Binəqədi, Balaxanı yolundakı sıxlığı azaldacağı gözlənilir.

Bu yol 20 Yanvar dairəsindən istifadə etmədən Xırdalan və Masazır qəsəbələrinə və Sumqayıt şəhərinə gedişi təmin edəcək. Böyük Şor gölü üzərində inşa edilən və gölü iki hissəyə ayıracaq yeni avtomobil yolu Ziya Bünyadov prospekti ilə Balaxanı, Binəqədi avtomobil yollarını birləşdirəcək. Bundan sonra sürücülər 20 Yanvar dairəsindən istifadə etmədən Xırdalan dairəsi ərazisindən Xırdalan və Masazır qəsəbələrinin ərazisinə, həmçinin Sumqayıt şəhərinə və bu istiqamətdə yerləşən digər qəsəbələrə rahatlıqla çıxış əldə edəcək.

İnşasına 2018-ci ilin mart ayından başlanılan, ümumi uzunluğu 2700 metr olan Böyük Şor avtomobil yolu 3 gediş və 3 gəliş olmaqla 6 hərəkət zolağından ibarətdir. Yolda iki yeraltı tunel var. Birinci tunelin qapalı hissəsinin uzunluğu 98 metr, açıq hissəsinin uzunluğu isə 340 metrdir.

Tarix
2018.12.28 / 11:50
Müəllif
Axar.az
Digər xəbərlər

Bu tarixə qədər Ermənistan dalanda idi...

Paşinyan Azərbaycan xalqını təbrik etdi

Təşəbbüs Ukraynada idi, lakin Zelenskinin Trampla görüşü...

Gürcüstandakı münaqişənin sülh yolu ilə həllinə... – Rəsmi Bakı

Əliyevin Ağ Evdə Azərbaycan adına yazdığı daha bir tarix

Tarixi Vaşinqton görüşündən bir il ötür

ABŞ-la 7,5 milyardlıq saziş: Azərbaycan nələr alacaq?

Anar Bayramov direktor müavinini işdən çıxartdı

“Məkkə sazişi”: Bu ölkələrə mesaj verildi

"Expressbank"ın kredit reytinqi növbəti dəfə təsdiqləndi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla