Yuxarı

Sərkisyan Qarabağda təxribat hazırlayır – Nikola təzyiq

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sərkisyan Qarabağda təxribat hazırlayır – Nikola təzyiq

Azərbaycan və Ermənistn xarici işlər nazirlərinin görüşündən sonra yayılan bəyanatda "xalqları sülhə hazırlamaq” ifadəsinin 3 mənası var.

Axar.az xəbər verir ki, bu sözləri QAFSAM-ın sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy deyib. O bildirib ki, birincisi, tərəflər arasında Qarabağla bağlı konturları müəyyən mənada razılaşdırlımış bir ortaq anlayış və ya razılaşma müzakirə edilir:

“Hər iki tərəf bunun pozulmasını istəmir. İkincisi, bu razılaşmada hər iki tərəfdə xalqın və siyasi aktorların asan qəbul edə bilməyəcəyi məqamlar var. Üçüncüsü, sülhə hazırlama həm də Ermənistanda Qarabağ klanının zəiflədilməsi mənasını daşıyır. Paşinyan eyni zamanda öz siyasi maraqlarına xidmət edən bu mənanı gen-bol tətbiq edəcəkdir. Ancaq bu prosesdə aparıcı xətt Qarabağ klanının üzvlərini erməni xalqına güllə atmaq, korrupsiya, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi ittihamlarla aparılan məhkəmə prosesləri olacaq. Bu prosses artıq başlayıb və genişləyərək davam edəcək”.

N.Cəfərsoy vurğulayıb ki, ümumilikdə bəyanatın ardından başda daşnaklar, Köçəryan və Sərksiyan olmaq üzrə, Ermənistandakı müxalifətin Paşinyanı "Qarabağı Azərbaycana satmaqla" günahlandıracağına dair ittihamlar sıx-sıx gündəmə gələcək:

"Ayrıca, bu işdə Qarabağdakı separatçı rejimin liderlərinin də Paşinyanın Qarabağla bağlı mövqeyindən narazılıq edən mesajlar səsləndirmələri yüksək ehtimalıdr. Bir başqa mühüm məqam: Paşinyanın Ermənistan ordusuna, xüsusən də onun Qarabağ başda olmaqla, Azərbaycan sərhədindəki hərbi birliklərinə hakim olmadığını düşünürəm. Buna görə də Paşinyanı həm xalq, həm də Azərbaycan qarşısında daha da pis vəziyyətdə qoymaq üçün cəbhədə gərginliyin artması və 2016-cı ilin aprelində olduğu kimi, yeni bir təxribatın, ya da təxribatların gündəmə gəlməsi güclü ehtimaldır. Çünki o təxribata cavab verən Azərbaycan ordusunun uğuru Paşinyanı həm xalq, həm müxalifət, həm də Qarabağ erməniləri qarşısında pis vəziyyətə salacaq. Bu cür bir vəziyyət Paşinyanın Azərbaycanla normal müzakirələrdən qaçmasına və Rusiya qarşısında manevr imkanlarını daha da məhdudlaşdırmasına xidmət edəcəkdir".

Tarix
2019.01.18 / 12:44
Müəllif
Firuzə Vahidqızı
Digər xəbərlər

“Tramp yolu” Putinlə müzakirə olunub - Paşinyan

Bayramovla bu məsələni 2 saata yaxın müzakirə etmişik...

ABŞ Azərbaycan vətəndaşları üçün bu vizanı dayandırır

Naxçıvana maneəsiz nəqliyyat əlaqəsi... - Paşinyan

Bu sazişlər tez təsdiqlənməlidir - Paşinyan

Deqati Makrona məktub yazdı: Vətənimdə qətliamdır!

Bakının İrəvana təhvil verdiyi ermənidən açıqlama

Ermənilərin təhvil verilməsinə AB-dən - Reaksiya

Trampın İrana müdaxiləsi və Türkiyənin mövqeyi - General

Dənizdən içməli su layihəsi Xəzəri quruda bilər?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla