Yuxarı

4 aydan sonra bu rayonlar azad ediləcək - Tarasovdan şok

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
4 aydan sonra bu rayonlar azad ediləcək -

13:02

Son aylar gedən proses, bir neçə saat davam edən görüşlər göstərir ki, ciddi müzakirələr aparılır və konkret layihə üzərində “bazarlıq” gedir. Bu layihə danışıqlar masasındadır.

Axar.az xəbər verir ki, bunu “168 Jam” qəzetinə müsahibəsində erməniyönlü rus politoloq Stanislav Tarasov deyib.

“İlham Əliyev sevincli görünür, Paşinyan isə məzlumdur. Paşinyan dəfələrlə Qarabağın danışıqlarda tərəf kimi göstərilməsindən danışıb, ancaq bunun üçün heç bir addım atılmayıb. Bu o deməkdir ki, İlham Əliyev hazırkı mərhələdə qələbə qazanır. Onlar hazırda etibar mexanizmlərindən danışırlar.

İstənilən ciddi, savadlı konfliktoloq bunu sizin üçün aydınlaşdıra bilər, hətta Beynəlxalq Münasibətlər fakültəsinin ikinci kurs tələbəsi sizə deyə bilər ki, münaqişələrin həlli prosesində tərəflər etibar mexanizmlərinin hazırlanmasından danışmağa başlayırlar, sülhdən yalnız müəyyən mərhələdə, daha doğrusu, üçüncü və ya dördüncü mərhələdə danışırlar.

İndi onlar üçüncü, dördüncü mərhələdən danışırlar, birinci mərhələni isə aydınlatmırlar. Qarabağsız münaqişənin həll edilməyəcəyini düşünən erməni politoloqlar və romantik ekspertlər görməlidir ki, bu mümkündür”, – deyə o bildirib.

Tarasov iyun ayında Paşinyanla Əliyevin razılaşma imzalayacağını və bir neçə işğal edilmiş rayonun Azərbaycana qaytarılacağını vurğulayıb. Ekspertin sözlərinə görə, bundan sonra Ermənistan-Türkiyə protokolları Türkiyə parlamentinə qaytarılacaq və sənəd ratifikasiya ediləcək, diplomatik əlaqələr qurulacaq. Onun sözlərinə görə, İrəvan Azərbaycana torpaqların qaytarılmasından bəhs etməsəydi, Əliyev heç vaxt Paşinyanla söhbət etməzdi.

Tarix
2019.01.24 / 13:20
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla