Yuxarı

Sərkisyan Paşinyana hücum etdi: Əliyevlə yox, mənlə danış!

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sərkisyan Paşinyana hücum etdi: Əliyevlə yox, mənlə danış!

Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağ məsələsinin həlli ilə əlaqədar Azərbaycan Prezidenti yerinə eks-prezident Serj Sərkisyan və ya keçmiş xarici işlər naziri Edvard Nalbəndyanla konsultasiyalar aparmalıdır.

Axar.az xəbər verir ki, bunu “Sputnik Ermənistan”a açıqlamasında Ermənistanın Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan deyib. Onun sözlərinə görə, yeni hökumət mütəmadi olaraq Qarabağın həlliylə bağlı təhlükələrin dərinləşməsi üçün imkan yaradır.

O, Paşinyanın Qarabağ məsələsindən daxili siyasi manipulyasiya üçün istifadə etdiyini deyib:

“Biz Paşinyanı sui-qəsddə ittiham etmirik, amma aydındır ki, onun yetərli informasiya və təcrübəsi yoxdur. Müxalif barabanlarla xarici siyasət aparılmır, Qarabağın həlli isə bilik və geniş siyasi konsolidasiya istəyir. Paşinyan daimi olaraq məharətlə Qarabağ danışıqların indiki mərhələsiylə bağlı danışıqlardan qaçır”.

Qeyd edək ki, Nikol Paşinyanın Qarabağla bağlı davosda Prezident İlham Əliyevlə qeyri-rəsmi görüşündən sonra “Qarabağ klanı” bundan öz məqsədləri üçün sui-istifadə etməyə girişib. Ölkə daxilində Azərbaycanın işğal edilən rayonlarının qaytarılacağı ilə bağlı məlumat yaymaqla, “Qarabağ klanı” siyasi mübarizə aparır və 20 il müddətində hakimiyyətdə qalmalarına səbəb olan “kart”ı yenidən işə salır. Çünki bu klanın Qarabağ spekulyasiyasından başqa verə biləcəyi heç bir vəd yoxdur.

Tarix
2019.01.25 / 12:35
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Məşhur bloger narkotikə görə həbs olunub?

40 il öncə Qarabağı alovlandıran Aqanbekyan gündəmdə

Ermənistanın 5 il ərzində Azərbaycanla bağlı planı

Azərbaycan və Türkiyə yeni dövlət yaradır - Saqatelyan

Bakıya gələnlərə bağlamalar payladılar: saxlanılan var

Azərbaycan bu ölkələrə yardım edir - XİN

Ermənistana 26 vaqon buğda göndərildi

Səfirimiz Tokayevə etimadnaməsini təqdim etdi

Bakı hər şeyi eşidir - Qasparyan

Prezident Gülərin ailəsinə traktor hədiyyə etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla