Yuxarı

Əliyev-Paşinyan danışıqlarına etibar etməliyik – Rusiya

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əliyev-Paşinyan danışıqlarına etibar etməliyik – Rusiya

Ermənistan və Azərbaycan liderlərinin görüşünü alqışlayırıq və arzu edirik ki, bu görüşlər davam etsin.

Axar.az xəbər verir ki, bunu İrəvanda jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər nazirinin müavini Qriqori Karasin deyib.

“Bunun üzərində ATƏT-in Minsk Qrupunun həmsədrləri çalışırlar. Mən anladığım qədəri ilə həm liderlər, həm də XİN rəhbərləri səviyyəsində yeni görüşlər qarşıdadır. Görüşlər yaxşı hazırlanmalıdır ki, onlar substantiv olsun, real nəticələr gətirsinlər”, – deyə o bildirib.

Onun sözlərinə görə, bütün həmsədrlər Qarabağ konfliktinin həllində güc variantını rədd edirlər:

“Hər kəs inkişafın sürətli olmasını istəyir. Realist olmaq lazımdır. Sağlam məntiqə, Ermənistan-Azərbaycan rəhbərləri arasında beynəlxalq ictimaiyyətin köməyi ilə danışıqlara etibar etmək lazımdır”.

O, Rusiyanın Qarabağ məsələsində ABŞ və Fransa ilə ATƏT-in Minsk Qrupu çərçivəsində yaxşı əlaqələrə sahib olduğunu deyib.

Onun sözlərinə görə, Ermənistan və Azərbaycan ictimaiyyətləri arasında qarşılıqlı etibarı yetişdirmək lazımdır.

Tarix
2019.01.30 / 16:38
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Kərki Azərbaycana qaytarılır - Müzakirələr qızışır

Pakistanda azərbaycanlı qadına təcavüz edildi

Azərbaycanın neft-qaz sektorunda formalaşdırdığı müqavilə...

Türkiyədən Azərbaycana haqlı irad: Qardaş dar gündə...

Abbas Abbasovun nəşi Azərbaycana gətirilir

Ələkbərov bir ildə ən çox qazanan iş adamı oldu

Ərdoğan İlham Əliyevə zəng etdi

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla