Yuxarı

“Qarabağ adından danışa bilmirsənsə, ordunu rədd elə...”

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Qarabağ adından danışa bilmirsənsə, ordunu rədd elə...”

Paşinyan məntiqsizliyinin içərisində boğulur.

Bu sözləri Axar.az-a Ermənistanın Baş naziri Nikol Paşinyanın Tehranda “Ararat” idman-sağlamlıq kompleksində ermənilər qarşısındakı çıxışı zamanı yenə “mən Dağlıq Qarabağın əvəzinə danışa bilmərəm” fikrinə münasibət bildirən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. O bildirib ki, Paşinyan kifayət qədər bir-birini təkzib edən fikirlər irəli sürür:

“Onun “qarabağlılar mənə səs verməyib, mən Qarabağı danışıqlarda təmsil edə bilmərəm” tezisi başdan-ayağa cəfəngiyyatdır, riyakarlıqdır, qeyri-səmimilikdir. Əgər bu adam Qarabağın erməni icması adından danışa bilmirsə, onda niyə Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərindədir? Niyə Ermənistan ordusu Qarabağdadır? Qarabağla bağlı danışmaq səlahiyyətinin olmadığını deyən Paşinyanın oğlu niyə Qarabağda hərbi xidmət keçir? Nəyə görə sənin oğlun televiziyaya çıxaraq, “mən Qarabağa döyüşə gedirəm” sözlərini deyir?! Nəyə görə sən “mən başqa rəhbərlərdən fərqli olaraq, öz oğlumu Qarabağ cəbhəsinə, təmas xəttinə göndərirəm” deyib bu faktdan reytinq toplamaq üçün istifadə edirsən?! Oğlunu “ön cəbhəyə” göndərə bilirsən, amma “ön cəbhə” ilə bağlı danışıqları apara bilmirsən?”

Q.Hüseynli vurğulayıb ki, Ermənistanda Paşinyan dönəminin Sərkisyan və Köçəryan dönəmindən heç bir fərqi yoxdur:

“Çünki Paşinyan da öz xələfi kimi saxtakarlıqla, riyakarlıqla məşğuldur. Məsələn, necə ola bilir ki, bir gün də olsun Ermənistan vətəndaşı olmayan bir şəxs Ermənistanda prezident seçilə bilmişdi?! Burada Köçəryanı və Sərkisyanı nəzərdə tuturam. Çünki onların pasportu Azərbaycan pasportu, özləri isə Azərbaycan Respublikasının vətəndaşları idi. Amma Ermənistanda prezident seçkilərinə qatıldılar və seçkidə qalib gəldilər. Halbuki Ermənistanda prezident seçilmək üçün qanunvericiliyə əsasən, prezidentliyə namizəd olan şəxs ən azı 10 il orada yaşamalı, Ermənistanın vətəndaşı olmalıdır. Bu kritetiyaların heç biri nə Köçəryanda, nə də Sərkisyanda var idi. Bəs onlar necə prezident seçildi?! İndi isə bu “zat”dan soruşmaq lazımdır ki, əgər sən Qarabağı təmsil edə bilmirsənsə, onda oğlun niyə hələ də Qarabağda hərbi xidmətdədir?! Niyə Ermənistanın fərqli bölgəsində hərbi xidmət keçmir?”

Politoloq bildirib ki, Paşinyan öz sözlərinə kimisə inandırmaq istəyirsə, ilk növbədə ordusunu Azərbaycan ərazisindən rədd eləməlidir:

“Bu addımla Paşinyan doğrudan da Qarabağ adından danışmağa “haqqı çatmadığını” isbat etmiş olar. Yəni qışqırıb-bağıran faktlar Paşinyanın nə qədər riyakar, aşağı səviyyəli və məntiqsiz adam olduğunu sübuta yetirir və onu gülünc vəziyyətinə salır”.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Tehranda “Ararat” idman-sağlamlıq kompleksində ermənilər qarşısındakı çıxışı zamanı yenə "mən Dağlıq Qarabağın əvəzinə danışa bilmərəm, Bakı birbaşa Qarabağ ermənilərilə danışıqlar aparmalıdır” deyib.

Tarix
2019.03.01 / 10:07
Müəllif
Firuzə Vahidqızı
Digər xəbərlər

Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi

Əliyev açıq mesaj verdi: Yalnız güclü dövlət...

MDB-yə sədrlik bu türk ölkəsinə keçdi

Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan

İlham Əliyev iki ölkə liderini təbrik etdi

Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan

İlham Əliyevin bu il ərzində iştirak etdiyi tədbirlərin sayı - Foto

Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Sadiqik!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla