Yuxarı

Erməni tarixçi: Azərbaycanın tərəfindəyəm, çünki... - Video

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Erməni tarixçi: Azərbaycanın tərəfindəyəm, çünki... - Video

Ermənilər və azərbaycanlılar özlərinin tarixi həqiqətlərini bilirlər və bunun uğrunda mübarizə aparırlar. Bu məsələdə mən Azərbaycanın tərəfindəyəm. Çünki Ermənistanın bütün tarixinin ya uydurma, ya da bu gün özünü erməni adlandıranlara aid olmadığını bilirəm.

Axar.az xəbər verir ki, bu sözləri Ukraynada yaşayan tədqiqatçı, tarixçi, məşhur erməni əsilli bloger Filipp Ekozyants sosial şəbəkə hesabında yazıb.

“Uşaqlıqdan hər şeyin tamamilə fərqli şəkildə qələmə verildiyi bu yalan axınından baş açmaq imkanları olmayan erməniləri anlayıram. Sadə insanlar bu və ya digər tərəfdən nifrət mənbəyi deyillər. Onlar bədbəxtlikdən kiminsə çiyinlərinə yüklədiyi bu nifrətin daşıyıcısıdırlar”, - bloger bildirib.

Məsələn, illərlə Matenadaranda ermənilərin qədim köklərini müəyyən etməyə kömək edə biləcək əlyazmaların saxlanıldığı onların şüuraltına yeridilib.

Məsələ barədə danışan Ekozyantsın sözlərinə görə, bu mətnləri, ümumiyyətlə, ermənilərlə bağlı hər hansı bir tarixi informasiya olan istənilən mətnləri ciddi şəkildə tədqiq etmək lazımdır:

“Başlanğıc üçün bu faktların tarixi qeydiyyata alınmalı, bu prosesdə müasir üsullardan istifadə edilməlidir. Müasir üsullar 100-200 il əvvəllə müqayisədə daha mükəmməldir. Xatırladım ki, erməni tarixinin istinad etdiyi bir çox mətnlər tanrı bilir ki, hansı tarixə aid qeyd olunub. Onlar sadəcə “bu mətnlər 5 əsrdə yazılıb, məsələ həll olundu və bağlandı, bu sənədi məhz bu cür araşdırın” deyiblər. Ancaq biz belə tədqiqat aparmayacağıq. Aydındır?” - erməni tarixçi qeyd edib.

Ekzoyantsın sözlərinə görə, bu sənədlər müasir xronoloji qiymətləndirmədən keçməlidir. Yalnız bundan sonra həmin sənədlər tədqiq edilə bilər.

Tarix
2019.03.04 / 18:07
Müəllif
Əli, Orxan
Digər xəbərlər

Bu nazirin müavilərinin sayı 6-ya çatdı

Nazir müavini təyin edilən jurnalist oğlunun - Dosyesi

Yaxın vaxtda Azərbaycana səfər edəcəm - Vuçiç

Mehriban Əliyeva xalqı bu sözlərlə təbrik etdi

İlham Əliyevdən sərəncam: Həsənov nazir müavini oldu

Azərbaycan Ermənistan ərazisində hərbi postlar qurub?

Bu şəxslər 1 il müddətinə zabit kimi orduda xidmət edə biləcək

Prezident fərmanı: Səhiyyə idarəçiliyində yeni məntiq...

Azərbaycan XİN Tunisi təbrik etdi

Bayramov özbəkistanlı həmkarı ilə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla