Yuxarı

İrəvandakı panikanın səbəbi: Bakının İsrail silahları…

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvandakı panikanın səbəbi: Bakının İsrail silahları…

İlk dəfə deyil ki, erməni rəsmiləri İsraillə Azərbaycanın əməkdaşlığından narahat olduqlarını müxtəlif səviyyələrdə dilə gətirirlər.

Bunu Axar.az-a Ermənistan Xarici İşlər nazirinin müavini Qriqor Ovanisyanın İsraili Azərbaycana silah tədarük etməməyə çağırmasını şərh edən millət vəkili Hikmət Babaoğlu deyib. Deputat bildirib ki, Ermənistanın Azərbaycanın aldığı İsrail silahlarından ehtiyat etməsinin özünəməxsus səbəbləri var:

“İsrail qısa müddətdə olduqca güclü və modern hərbi sənaye qura bilib və dünya silah bazarında söz sahiblərindən birinə çevrilib. Azərbaycanla İsrail arasında mövcud dostluq və tərəfdaşlıq münasibətləri tərəflərə qarşılıqlı şəkildə iqtisadi, hərbi, enerji və s. strateji sahələrdə öz təhlükəsizliklərini təmin etməyə imkan verir. Bununla yanaşı İsrail modern dövlətçilik təsisatlarına sahib olan ölkə olduğu üçün onun institusional strukturu hər hansı işğalçı ölkə ilə əməkdaşlığı məhdudlaşdırır. Ermənistan işğalçı ölkədir və Azərbaycanın torpaqlarının 20 faizini işğal edib, xalqımıza qarşı Xocalı soyqırımını törədib. İsrail xalqı soyqırımı öz tarixi keçmişində yaşadığı üçün onun nə olduğunu yaxşı bilir”.

Millət vəkili bildirib ki, əgər Ermənistan İsraillə tərəfdaşlıq etmək istəyirsə, ilk növbədə öz işğalçılıq siyasətinə son qoymalıdır:

“Əks təqdirdə Azərbaycanın dostları və strateji müttəfiqlərinin səyi nəticəsində Ermənistan beynəlxalq münasibətlər sistemində getdikcə daha çox təcrid vəziyyətinə düşəcək. Bütün ölkələr bəzi güc mərkəzləri kimi Ermənistana ya ödənişsiz, ya da kreditlə silah vermək fikrində deyil. İsrail İrəvanın tələblərinə qətiyyən məhəl qoymayaraq, Azərbaycanla əməkdaşlığı genişləndirir. Bu mənada Ermənistan Azərbaycanla İsrailin əməkdaşlığını qısqanmaqdansa, işğalçı ordusunu Azərbaycan ərazilərindən çəksə və regional inteqasiya üçün şərtlər formalaşdırsa, daha yaxşı olardı. Bu, bütün region ölkələrinin lehinə olar. Əks təqdirdə yeganə alternativ müharibə variantı işə düşə bilər ki, bunu da aparmağa Ermənistanın nə iqtisadi, nə də hərbi gücü var”.

Tarix
2019.03.07 / 15:40
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Ukrayna daha bir ölkə ilə savaşa girdi - Səbəbi...

İstanbul və Qarsdakı baş konsullar geri çağırıldı - Yeni təyinat

Biz çıxırıq, Azərbaycan isə sürətlə... - Çarukyan

Tokayev bunu Putinin üzünə dedi və imtina etdi

Bu ölkə Azərbaycana fəxri konsul təyin etdi - Foto

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır

Əliyevin Berlin səfəri Tiflisə yeni imkan yaradır

İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir

İlham Əliyev Maldiv prezidentini təbrik etdi

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla