Yuxarı

Hindistan Ukrayna səfirini çağırdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hindistan Ukrayna səfirini çağırdı

Hindistan Xarici İşlər Nazirliyi MV OMORFI ticarət gəmisinə edilən hücum nəticəsində Hindistan vətəndaşının həlak olması ilə əlaqədar Ukraynanın ölkədəki səfirini nazirliyə çağırıb.

Axar.az xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Səfirdən Hindistanın ticarət gəmilərinə hücumlarla bağlı ciddi narahatlıqlarını Ukrayna hakimiyyətinə çatdırması xahiş edilib, həmçinin vurğulanıb ki, günahsız mülki dənizçilərin həyatını təhlükə altına alan bu cür hərəkətlər qəbuledilməzdir və onların qarşısı alınmalıdır”, - məlumatda deyilib.

Qeyd edək ki, MV OMORFI ticarət gəmisi iyulun 18-də Qara dənizdən keçərkən hücuma məruz qalıb. Hadisə nəticəsində hindistanlı dənizçilərdən biri həlak olub.

Tarix
2026.07.27 / 15:03
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Ukrayna daha bir ölkə ilə savaşa girdi - Səbəbi...

İstanbul və Qarsdakı baş konsullar geri çağırıldı - Yeni təyinat

Biz çıxırıq, Azərbaycan isə sürətlə... - Çarukyan

Tokayev bunu Putinin üzünə dedi və imtina etdi

Bu ölkə Azərbaycana fəxri konsul təyin etdi - Foto

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır

Əliyevin Berlin səfəri Tiflisə yeni imkan yaradır

İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir

İlham Əliyev Maldiv prezidentini təbrik etdi

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla