Yuxarı

Prezidentin təltif etdiyi Azər Mustafazadə kimdir?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezidentin təltif etdiyi Azər Mustafazadə kimdir?

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Azər Mustafazadəni 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edib.

Axar.az xəbər verir ki, Azər Mustafazadə 1939-cu il martın 27-də Bakıda ziyalı ailəsində anadan olub. 1972-ci ildən 1983-cü ilə qədər Moskvada SSRİ Yazıçılar İttifaqında Azərbaycan Ədəbiyyatı üzrə Şuranın məsul katibi vəzifəsində işləyib. Moskvada çalışdığı illərdə o, Mirzə İbrahimovun, Süleyman Rəhimovun, Fərman Kərimzadənin, Sabir Əhmədlinin, Kamal Abdullanın və başqalarının əsərlərini rus dilinə çevirərək Moskvanın nüfuzlu nəşriyyatlarında çap etdirib. Bundan başqa, Moskvada mühüm ədəbi-bədii tədbirlərin təşkil edilməsində və keçirilməsində xüsusi fəallıq göstərib.

1983-cü ildə Vətənə – Azərbaycana dəvət olunan A.Musrafazadə əvvəlcə Azərbaycan Dövlət Nəşriyyatı, Poliqrafiya və Kitab Ticarəti işləri Komitəsində sədr müavini təyin edilib. Daha sonra müxtəlif partiya vəzifələrdə çalışıb.

1990-cı ildə isə Azərbaycan Dövlət Nəşriyyatı "Azərnəşr"ə direktor təyin edilib. Azər müəllim 20 ilə yaxın ki, bu vəzifədə çalışıb.

10 aprel 2014-cü ildə Azərbaycanda nəşriyyat işi sahəsində səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif edilib.

Tarix
2019.03.27 / 12:35
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

Prezident onu Türkiyəyə səfir təyin etdi

Prezident onu Özbəkistana səfir göndərdi

İlham Əliyev Mirziyayevin ad gününü təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla