Yuxarı

Ermənilər Qarabağda təxribata hazırlaşır

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilər Qarabağda təxribata hazırlaşır

Erməni separatçıları növbəti təxribata hazırlaşırlar.

Axar.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu məlumat yayıb. O bildirib ki, iyun ayında Dağlıq Qarabağda qondarma respublikaların “futbol çempionatı” keçiriləcək.

“İştikraçılar arasında bu separatçı qurumların komandaları var: Abxaziya, Cənubi Osetiya, Padaniya, Sardiniya, Laplandiya, Luqansk və Donetsk. Sadalanan “respublikalardan” 4-ü Rusiyanın nəzarəti altındadır. Demək, elə bu “çempionatın” Azərbaycanın işğal altındakı torpaqlarında keçirilməsinə Rusiyanın bəlli mərkəzləri xeyir-dua verib”.

Politoloq qeyd edib ki, “çempionatı” keçirən ConIFA (Confederation of Independent Football Associations) təşkilatına (FİFA-ya daxil olmayan və separatçı bölgələri ehtiva edən təşkilatın mənzil qərargahı İsveçdə yerləşir) etiraz notası göndərməliyik ki, müxtəlif bölgələrin futbolçuları həyatlarını riskə qoyurlar, çünki bölgədə vəziyyət gərgindir və onların təhlükəsizliyinə təminat yoxdur.

Tarix
2019.05.21 / 22:58
Müəllif
Axar.az
Digər xəbərlər

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

Prezidentin səhifəsində Ərdoğanla bu fotosu paylaşıldı

İlham Əliyev Türkiyəyə səfər edəcək

Ərdoğanın sevdiyi mahnı Xankəndidə səsləndirildi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla