Yuxarı

Qarabağda müharibə hazırlığı: Rusiya çətin durumda...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qarabağda müharibə hazırlığı: Rusiya çətin durumda...

Dağlıq Qarabağda müharibəyə hazırlıq gedir.

Publika.az xəbər verir ki, bu barədə Rusiyanın “vladtime” saytı iddia edib.

Valeri Axrimoviçin müəllifi olduğu məqalədə bildirilir ki, Qarabağ cəbhəsində vəziyyət kəskinləşir: “Azərbaycan tərəfi ermənilərin qumbaraatanlarla təxribat törətdiyini deyir, Ermənistan isə bunu təkzib edir. Ermənistan tərəfi iddia edir ki, Azərbaycan vəziyyətdən istifadə edərək, müharibəyə başlamaq istəyir”.

Dağlıq Qarabağın Azərbaycanın ərazisi olduğu, Ermənistan tərəfindən tutulduğu qeyd olunan məqalədə müəllif münaqişə tərəflərinin hərbi potensialını araşdırıb: “Azərbaycan Ordusu daha çox inkişaf edib, nəinki Ermənistan ordusu. Azərbaycan Ordusu T-90S müasir Rusiya tankları ilə silahlanıb. AN-29 və Su-25-lər Hərbi Hava Qüvvələrinin əsas bombardmançılarıdır. Quru qoşunları AK-74 M avtomatları ilə yanaşı, İsrail istehsalı olan TAR-21-lərlə də təchiz olunub. Ermənistan ordusu isə daha kasıb silahlanıb. Ermənistan ordusunun əsas döyüş tankı T-72-lərdir və bu, Azərbaycanın T-90S-ləri ilə müqayisədə köhnəlmiş texnikadır. Ermənistanda 229 tank var və bunun 200 ədədi T-72-dir. Azərbaycanda isə 962 tank var, onların da 100-dən çoxu T-90S-dir. Ermənistanın hərbi hava qüvvələrində cəmi 16 döyüş təyyarəsi var”.

Müəllif hesab edir ki, Qarabağda müharibə başlayarsa, Rusiyanın seçim problemi yaranacaq.

“Azərbaycan və Ermənistanın Rusiyadakı diasporu eyni səviyyədə güclüdür. Əgər ermənilər media sahəsində güclüdürsə, azərbaycanlılar biznes sahəsində nüfuzludur”, - məqalədə deyilir.

Tarix
2019.06.24 / 14:00
Müəllif
Axar.az
Digər xəbərlər

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir

Bakı və Kiyev daha da yaxınlaşır: Görünməmiş bir fəlakət...

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

Jalə Bədirova "Yeni Klinika"da yüksək vəzifəyə təyin olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla