Yuxarı

Özbəkistan prezidenti Bakıya gəlir

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Özbəkistan prezidenti Bakıya gəlir

Özbəkistan Prezidenti Şövkət Mirziyayev Türk Şurasının Bakıda keçiriləcək 7-ci sammitində iştirak edəcək.

Axar.az xəbər verir ki, bu barədə Türk Şurası Baş katibinin Özbəkistan Respublikasının Türk Şurasına üzv olması münasibətilə yaydığı bəyanatda deyilir.

"Türk Şurasının Baş katibi olaraq, böyük qürur və məmnuniyyətlə bildirirəm ki, 2009-cu ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) əsasını qoyan Naxçıvan Sazişinin Özbəkistan Respublikası tərəfindən ratifikasiyası 14 sentyabr 2019-cu il tarixində tamamlanıb.

Bununla, Özbəkistan Respublikası Türk Şurasının tamhüquqlu üzvü olacaq. Bu tarixi qərar Naxçıvan Sazişinin imzalanmasının 10-cu ildönümünə təsadüf edir və 15 oktyabr 2019-cu ildə Bakıda keçiriləcək Türk Şurasının 7-ci Zirvə Görüşü Zati-Aliləri Prezident Şövkət Mirziyayevin rəhbərliyi ilə qardaş Özbəkistanı böyük şərəflə qəbul edəcəkdir.

Bu tarixi münasibətlə qardaş Özbəkistanın Türk Şurası ailəsinə qoşulmasını alqışlayır və inanıram ki, bu əlamətdar hadisə Türk Şurasının fəaliyyətinə və Türkdilli ölkələr və xalqlar arasında getdikcə artan əməkdaşlığa mühüm təkan verəcək", - deyə bəyanatda qeyd olunub.

Həmçinin bildirilib ki, Özbəkistan hər zaman Türk dünyasının, habelə Böyük İpək Yolu boyunca yerləşən qədim Səmərqənd, Buxara və Xivə şəhərləri ilə Türk-İslam tarixinin iqtisadi və mədəni beşiyi olan mərkəzlərdən biri olub. Həmçinin, zəngin milli və tarixi irsi ilə dünya sivilizasiyasına böyük töhfələr vermişdir. Bu gün, Özbəkistan, "coğrafi mərkəz" olaraq, artan imkanları ilə yalnız qardaş ölkələr üçün deyil, bütün bölgə üçün yeni inkişaf mərhələsi təqdim edir.

"Fürsətdən istifadə edərək, bu tarixi hadisə ilə əlaqədar səmimi arzularımı bölüşərək, Özbəkistan Respublikasının Prezidenti Zati-Aliləri Şövkət Mirziyayevə müdrik rəhbərliyinə görə dərin ehtiramımı bildirmək istərdim. Əminəm ki, əsrlər boyu möhkəm qardaş köklərə söykənən Özbəkistanla digər Türkdilli ölkələr arasındakı münasibətlər Türk Şurasının birləşən bayrağı altında daha da genişlənəcək və yeni nailiyyətlər qazanacaq", - deyə bəyanatda bildirilib.

Tarix
2019.09.15 / 13:36
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Prezidentin mühafizəçiləri ilə bağlı videonun təhlili...

Ceyhun Bayramov pakistanlı həmkarı ilə danışdı

Milli Məclis bu MMC ilə 2 milyonluq müqavilə bağlayıb?

Nitqin gözəlliyi, orfoqrafiya qaydaları və ifadə-üslub xətaları...

Urmiya gölündə suyun səviyyəsi 68 santimetr yüksəldi

Tramp sarsıdıcı zərbə aldı: manevr imkanı məhdudlaşdı

Putin və Si Trampın Şurasına qoşulacaqmı?

Bu nazirin 5 müavini eyni universiteti bitirib

ABŞ-dan Prezidentin kortejinə edilən hücumla bağlı açıqlama

İranlı nazir Azərbaycana gəlir - Səfərin təfərrüatı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla