Yuxarı

İlham Əliyev Li Canşunu qəbul etdi - Yeniləndi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

18:15

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Li Canşunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Axar.az xəbər verir ki, nümayəndə heyətinin üzvlərini salamlayan Prezident İlham Əliyev deyib:

- Hörmətli cənab sədr, hörmətli qonaqlar, mən sizi Azərbaycanda salamlamaqdan şadam. Bizim ölkəyə xoş gəlmisiniz. Sizin səfərinizə böyük əhəmiyyət veririk. Əminəm ki, səfər uğurlu olacaq, ikitərəfli əlaqələrimizin daha da inkişafına və dərinləşməsinə xidmət edəcək. Çox şadıq ki, ölkələrimiz arasındakı dostluq münasibətləri uğurla inkişaf edir, getdikcə yeni sahələri əhatə edir və gələcək üçün çox yaxşı perspektivlərə malikdir.

Bildiyiniz kimi, mən sizin ölkənizə dəfələrlə dövlət, rəsmi və işgüzar səfərlər etmişəm. Sonuncu səfərim bu ilin aprelində “Bir kəmər, bir yol” konfransı çərçivəsində olub. Tədbir çərçivəsində mənim Sədr, hörmətli cənab Si Cipinlə görüşüm keçirilib. Bu görüşdə biz münasibətlərimizi müfəssəl müzakirə etdik və gələcək əməkdaşlıq üçün perspektivləri müəyyənləşdirdik. Siyasi münasibətlərin yüksək səviyyəsi digər sahələrdə də münasibətlərin inkişafına yaxşı zəmin yaradır. Biz ölkələrimiz arasında əmtəə dövriyyəsinin xeyli artmasına şadıq. Şadıq ki, yeni müqavilələr bağlanır. Sizin ölkənizə sonuncu səfərim zamanı 10 müqavilə bağlanıb. Şadıq ki, Çin şirkətləri Azərbaycanda investisiya layihələrinə maraq göstərir, eləcə də imzalanmış müqavilələr çərçivəsində müxtəlif sahələrdə çalışaraq layihələr həyata keçirirlər. Bizdə artıq energetika, nəqliyyat, humanitar sahələrdə yaxşı nəticələr var. Şadıq ki, Çin Xalq Respublikasından yüklər Azərbaycan vasitəsilə dünya bazarlarına nəql edilir. Həmçinin dediyim kimi, əmtəə dövriyyəsi artır, eləcə də Azərbaycandan sizin ölkənizə, sizdən isə bizə ixrac artır.

Onu da qeyd etmək istərdim ki, viza rejiminin sadələşdirilmiş sxemi üzrə Çin Xalq Respublikasından Azərbaycana gələn turistlərin sayının artmasından şadıq. Əlbəttə ki, nəqliyyat sahəsində əməkdaşlıqdan danışarkən qeyd etmək istərdim ki, biz Azərbaycanda böyük həcmdə yüklər nəql etməyə qadir olan müasir nəqliyyat infrastrukturu yaratmışıq. Bizim beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlığımızı da qeyd etmək istərdim. Bizim ölkələrimizin bir-birinə göstərdiyi qarşılıqlı dəstək bütün istiqamətlər üzrə münasibətlərin inkişafına yaxşı şərait yaradır. Parlament diplomatiyası çərçivəsində münasibətləri xüsusi qeyd etmək istərdim. Ölkələrimizin parlamentlərarası əlaqələri böyük əhəmiyyət kəsb edir və sizin Azərbaycana səfəriniz bunu bir daha vurğulayır. Sizə ölkəmizdə vaxtınızı xoş keçirməyi arzulayıram və bir daha sizi Azərbaycanda salamlamaq istərdim.

***

Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Li Canşu deyib:

- İcazə verin hər şeydən əvvəl köhnə dostunuz Si Cinpinin səmimi salamını və ən yaxşı arzularını Sizə çatdırım. Son illərdə Sədr Si Cinpin Sizinlə ikitərəfli və çoxtərəfli müstəvidə xeyli görüş keçirib. Siz birlikdə Çin-Azərbaycan münasibətlərinin yüksək səviyyədə inkişaf etməsinə rəvac verirsiniz. Eyni zamanda, Siz öz aranızda çox yaxşı işgüzar münasibətlər və şəxsi möhkəm dostluq yaratmısınız. Düşünürəm ki, məhz Sizin uzaqgörənliyiniz, eləcə də strateji istiqamət sayəsində dövlətlərimiz tərəfindən Çin-Azərbaycan münasibətləri möhkəm, sağlam və sabit inkişaf edir. Bununla da bizim münasibətlərimiz nümunəvi dövlətlərarası münasibətə çevrilib. Bu ilin aprelində Sədr Si Cinpin Sizi ikinci “Bir kəmər, bir yol” sammitinə dəvət etmişdi. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, Siz Cənubi Qafqazdan dəvət olunan yeganə dövlət başçısı idiniz. Sammit çərçivəsində Sizin Si Cinpinlə ənənəvi görüşünüz oldu. Siz birlikdə Çin-Azərbaycan münasibətlərinin gələcək inkişafının möhtəşəm planlarını müəyyənləşdirmisiniz. Birlikdə də ölkələrimiz arasında münasibətlərin daha da möhkəmlənməsi üçün təməl yaratmısınız.

***

Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Li Canşu Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən müasir Azərbaycan dövlətçiliyinin əsasının qoyulduğunu və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə siyasi sabitliyin hökm sürdüyünü qeyd etdi. O, ölkəmizdə sosial-iqtisadi sahədə əldə edilmiş böyük uğurlar münasibətilə təbriklərini ifadə etdi.

Görüşdə Azərbaycanın Çinin etibarlı tərəfdaşı olduğu və əməkdaşlığımızın bundan sonra da dinamik surətdə inkişaf edəcəyinə əminlik ifadə olundu. Ölkələrimiz arasında ticarət dövriyyəsinin artması, nəqliyyat, sənaye, informasiya və kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, elm, təhsil və digər sahələrdə əməkdaşlığın inkişafına dair geniş fikir mübadiləsi aparıldı. Ölkələrimizin Çinin təşəbbüskarı olduğu “Bir kəmər, bir yol” layihəsi çərçivəsində əməkdaşlığına toxunuldu. Azərbaycanda böyük həcmdə yüklərin ötürülməsinə qadir olan müasir nəqliyyat infrastrukturunun yaradıldığı, Çin mallarının Azərbaycan vasitəsilə dünya bazarlarına daşınması nəqliyyat sahəsində əməkdaşlığımızın yaxşı göstəricisi kimi dəyərləndirildi.

Tarix
2019.09.19 / 21:17
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla