Yuxarı

İlham Əliyev və xanımı Fransa səfirliyində - Foto

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev və xanımı Fransa səfirliyində - Foto

13:30

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Fransa Respublikasının ölkəmizdəki səfirliyinə gələrək, Fransanın sabiq Prezidenti, görkəmli dövlət xadimi Jak Şirakın vəfatı ilə əlaqədar başsağlığı veriblər.

Axar.az xəbər verir ki, Fransa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zakari Qros Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı qarşılayıb.

Dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fransanın sabiq Prezidenti Jak Şirakın vəfatı ilə əlaqədar başsağlığı verib, matəm kitabına ürək sözlərini yazdılar.

Prezident İlham Əliyev səfirlə söhbət edib:

“Cənab səfir, bizim başsağlığımızı qəbul edin. Prezident Şirak Azərbaycanın yaxın dostu olmuşdur. Biz onu mənim atamla şəxsi dostluğu başlayan dövrdən tanıyırıq və onların birgə səyləri nəticəsində ölkələrimiz arasında çox yaxın tərəfdaşlıq münasibətləri qurulmuşdur. Biz onunla görüşlərimizi xatırlayırıq. Bildiyiniz kimi, mən ilk dəfə Prezident seçiləndə, xaricə etdiyim ilk rəsmi səfər Fransaya olmuşdur. O vaxt Prezident Şirak məni rəsmi səfərə dəvət edən ilk xarici dövlət başçısı olmuşdur və bu, bizim əməkdaşlığın çox yaxşı göstəricisi idi. O vaxtdan bəri ölkələrimiz arasında əməkdaşlıq uğurla inkişaf edir. Bu yaxınlarda sizinlə də görüşdə mən ölkənizin prezidentləri ilə görüşlərdən xatirələrimi bölüşdüm. Bir daha bizim başsağlığımızı qəbul etməyinizi xahiş edirəm”.

Səfir Zakari Qros deyib:

“Cənab Prezident, hörmətli Birinci vitse-prezident, buraya gəlməyinizə və sözlərinizə görə Sizə təşəkkür edirəm. Prezident Makron və Fransa xalqı adından səmimi sözlərinizi və burada olmağınızı yüksək qiymətləndirdiyimizi bildirmək istəyirəm. Sizin də qeyd etdiyiniz kimi, Prezident Şirak Fransada və beynəlxalq arenada birləşdirici rol oynayaraq sülhü təşviq etmiş dövlət xadimi olmuşdur. Gəlişiniz bizi təsirləndirdi, Sizə minnətdaram”.

Tarix
2019.09.27 / 14:29
Müəllif
Axar.az
Digər xəbərlər

Vardanyanın müraciətləri araşdırıldı

Rusiya bu şəxsi Azərbaycana ekstradisiya etdi

PA rəsmisinin Azıx mağarasından paylaşımı - Video

Azərbaycan dünyanın ən güclü tank qüvvələri reytinqində...

İlham Əliyev Tokayevi təbrik etdi

Türkiyə geri çəkiləcək və NATO savaşa girəcək - Özər

İsveçin İrandakı səfirliyi Bakıda fəaliyyət göstərir

Gevorkyan Azərbaycan benzinindən danışdı: Təəssüf...

Ankara və Bakını münaqişəyə cəlb etməyə çalışırlar

Qlobal enerji qiymətlərində kəskin artım: Azərbaycana təsiri...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla