Yuxarı

İlham Əliyev Ərdoğana məktub göndərdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev Ərdoğana məktub göndərdi

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib.

Axar.az məktubun mətnini təqdim edir:

“Hörmətli cənab Prezident,

Əziz Qardaşım.

Türkiyə Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Bu gün qardaş Türkiyə dinamik və hərtərəfli inkişaf yolundadır. Əldə etdiyi nailiyyətlər onu dünyanın iqtisadi cəhətdən qüdrətli və ən qabaqcıl ölkələri sırasına çıxarmışdır. Türkiyə, həmçinin öz dövlətçilik mənafelərindən çıxış edərək dünyada və regionda cərəyan edən proseslərdə ədalətli və qətiyyətli mövqe nümayiş etdirir.

Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı xalqlarımızın ortaq milli, mənəvi dəyərlərindən və ənənələrindən güc alır. Əminəm ki, müttəfiqliyimiz, qarşılıqlı etimad və dəstəyə əsaslanan strateji tərəfdaşlığımız bundan sonra da xalqlarımızın rifahına, ölkələrimizin hərtərəfli inkişafına töhfələr verəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

Tarix
2019.10.29 / 09:51
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan: Azərbaycanla bunu davam etdirəcəyik

Çexiyaya qonşu olan ölkələrə təbii qaz veririk - Prezident

Daha bir azərbaycanlı Ukrayna müharibəsində həlak oldu

Azərbaycan Çex Respublikası üçün strateji tərəfdaşdır

İlham Əliyev və Babiş mətbuata bəyanatlarla çıxış edir

İlham Əliyevin Babişlə geniş tərkibdə görüşü başa çatdı

Qəbələdə Əliyevlə Babişin təkbətək görüşü keçirildi

Prezident onu Qəbələdə qarşıladı - Foto

Bakıya xaricdən 200 jurnalist gəlir - Böyük maraq

İlham Əliyev Cənubi Afrika prezidentini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla