Yuxarı

Rusiyada antiazərbaycan kampaniyası başladı: Nə baş verir?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada antiazərbaycan kampaniyası geniş vüsət alıb. İş o yerə çatıb ki, bir neçə nüfuzlu mətbuat orqanı azərbaycanlı tələbələrin VBON – Ümumxalq Rifahı Naminə təşkilatını “ekstremist” adlandırıb.

Hər şey bu və ya digər şəkildə Azərbaycan və ya azərbaycanlılar haqqında pis danışan insanların döyülməsi videolarının sosial şəbəkələrdə yayılması ilə başlayıb. Bu kadrlar həmçinin VBON üzvlərinin idarə etdiyi müxtəlif səhifələrdə də paylaşılıb.

VBON Rusiyadakı azərbaycanlıların hüquqlarını qoruyan azsaylı təşkilatlarımızdan biri olduğu üçün ermənilər də məsələyə həvəslə qoşulublar.

Əslində təşkilat xeyriyəçilik fəaliyyəti ilə məşğul olur. Yalnız azərbaycanlılara deyil, həmçinin köməyə ehtiyacı olan digər millətlərin nümayəndələrinə də yardım edir. Lakin görünür kiməsə mane olublar...

Axar.az sözügedən məsələ ilə bağlı Rusiya daxilindəki proseslərlə yaxından tanış olan jurnalist Fuad Abbasovun fikirlərini öyrənib.

“VBON-a kimin nəzarət etdiyini bilirəm. Bunlar azərbaycanlı gənc tələbələrdir. Bu uşaqlar Rusiyadakı azərbaycanlıların taleyinə biganə qalmayan nadir insanlardandır. Onlar heç kimi döymür, heç kimə qarşı zorakılıq etmirlər. Təşkilatın tərkibində yüzlərlə azərbaycanlı var. Orada kriminal aləmlə əlaqəsi olan bir nəfər belə yoxdur. Yalnız normal düşüncə tərzi olan insanlar var. Məqsədləri heç olmasa vətənləri üçün yaxşı bir şey etməkdir”, - Abbasov bildirib.

Onun sözlərinə görə, bu gün Rusiya mətbuatında baş verənlər, xüsusən də sözügedən təşkilat ətrafında yaşananlar zorbalıqdan başqa bir şey deyil.

“Bizim Rusiyada diaspor təşkilatlarımız yox səviyyəsindədir. Azərbaycanlıların marağını heç kim qorumur. Kimsə Azərbaycan və azərbaycanlıların qorunması ilə bağlı məsuliyyəti öz üzərinə götürən kimi isə dərhal Rusiyanın demək olar ki, bütün mətbuat orqanlarına kanalları olan erməni diasporunun diqqət mərkəzinə düşür. Onlara sadəcə bir işarə kifayətdir ki, qəhrəmanı əclafa və ya əksinə çevirsinlər. Bu gün Rusiyada elə vəziyyət müşahidə olunur ki, hətta mətbuatda Azərbaycan qadınının şərəf və ləyaqətinə toxunan materiallar belə diaspor təşkilatlarının tənqidinə tuş gəlmir, heç kim bu barədə heç nə demir. Təbii ki, bu bizi sevməyənlər üçün faydalıdır. Rusiyanın nüfuzlu “Lenta.ru” saytının paylaşımını və “Meqafon” kompaniyasının təxribat xarakteri daşıyan tarifini xatırlayın. Hər kəs susdu. Elə bil hər şey belə də olmalıdır. Heç kim bunlarla məşğul olmadığından yalnız VBON-un azərbaycanlı tələbələri şikayətçi oldular”, - ekspert qeyd edib.

Abbasovun sözlərinə görə, VBON-un fəaliyyəti erməni diasporunun təqdimatı nəticəsində Rusiyanın hüquq-mühafizə orqanlarında ekstremizm şübhəsi yaratdı. Lakin bir çox yoxlamalara, müsadirələrə, sorğulara baxmayaraq, ekstremizm faktı təsdiq olunmadı.

“İndi də azərbaycanlı tələbələri istənilən vətənpərvərlik xarakteri daşıyan fəaliyyətə görə qorxutmaq istəyirlər. Bununla belə Rusiyanın “Rossiya” dövlət telekanalında jurnalist Vladimir Solovyovun illərdir davam edən fəaliyyətinə, Kurqinyanın, Baqdasarovun, Babayanın, Mirzoyanın və Simonyanın ekstremist çıxışlarına göz yumulur. Bunu ikili standart siyasətindən başqa bir şey adlandırmaq olmaz”, - jurnalist qeyd edib.

VBON administratorları artıq rəsmi bəyanatla çıxış edərək təşkilatlarının insanların döyülməsinə heç bir əlaqəsi olmadığını, sadəcə digər istifadəçilər tərəfindən göndərilən videoların “düşünmədən” yerləşdirildiyini bildirib.

Axar.az həmçinin məsələ ilə bağlı Azərbaycanın Rusiyadakı səfirliyinin mətbuat xidməti ilə də əlaqə saxlayıb. Səfirlikdən sözügedən məsələ ilə bağlı açıqlama verilməyib.

Qeyd edək ki, bir neçə gün öncə Rusiya hüquq-mühafizə orqanları “VKontakte” sosial şəbəkəsində fəaliyyət göstərən VBON qrupunun administratorunu saxlayıb. Qrup üzvləri internet məkanında Azərbaycan və azərbaycanlılar haqqında hər hansı neqativ fikir bildirən istifadəçiləri tapıb, onlara zor tətbiq etməkdə şübhəli bilinirlər.

Polisə gətirilən qrup administratorunun adı gizli saxlanılır.

İlkin dindirilmə zamanı qrup administratoru butun ittihamları rədd edib. Onun sözlərinə görə, qrup üzvlərinin döyülmə faktları ilə əlaqələri olmayıb.

Bunun ardınca isə həm sosial şəbəkələrdə, həm də bəzi media qurumlarında Azərbaycan və azərbaycanlılara qarşı böyük kampaniya başlayıb.

Tarix
2019.10.30 / 12:21
Müəllif
Əli, Orxan
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov ABŞ-a getdi

İlqar Məmmədov uduzdu və siyasətdən getdi

Bakının axtardığı, İrəvanda saxlanılan Lapşindən son xəbər

Bu qadınlar millət vəkili oldu - Siyahı

Blinkendən Əliyevə: Bu, nəyə nail ola biləcəyimizə sübutdur

Blinken İlham Əliyevi təbrik etdi

Prezident sərəncam imzaladı

İlham Əliyev Malta prezidentini təbrik etdi

Heç bir düşmən buna cəsarət edə bilməz – Pezeşkian

III Qarabağ savaşı: 1 il keçdi və hər şey bitdi? - Markedonov

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla