Yuxarı

ABŞ-da Cəmil Həsənliyə türk diplomatın – Şok cavabı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pərt vəziyyətə düşmüş güruhbaşılar bir-birinin ardınca səhv addımlara yol verdilər. Bunlardan ən ciddisi şübhəsiz ki, oktyabrın 31-də ABŞ-da “Milli Mətbuat Klubu” adı ilə fəaliyyət göstərən təşkilatda keçirilən tədbirdir.

Axar.az xəbər verir ki, bu sözləri Real TV-nin sahibi, tanınmış jurnalist Mir Şahin “Mir Şahin vaxtı” proqramında bildirib. O deyib ki, Cəmil Həsənli və Sevinc Osmanqızı bu tədbirdə Azərbaycanın ünvanına sərt tənqidlər səsləndiriblər:

“Cəmil Həsənli “Azərbaycanın ən böyük problemi internet azadlığının olmamasıdır” deyəndə, Türkiyənin ABŞ-dakı səfirliyinin nümayəndəsi istehza ilə belə müdaxilə edib: “Amma bizdə olan məlumata və xalqın fikrinə görə, Azərbaycanın ən böyük problemi Qarabağdır”.

Cəmil Həsənli və Osmanqızının Azərbaycanı FETÖ ilə əməkdaşlıqda günahlandırımasına da türk diplomat sərt cavab verib. O, FETÖ ilə bağlı ittihamları rədd edərək, Azərbaycanın Türkiyənin yanında olduğunu, ən birinci dəstək göstərənlərdən biri olaraq müvafiq məktəbləri bağladığını qeyd edib və bu dəstəyə görə Azərbaycan hökumətinə təşəkkürünü ifadə edib.

Türkiyəli diplomatın vətənpərvərlik mövzusunda açıq dərsi bununla yekunlaşmayıb. O, Cəmil Həsənli və digər çıxışçılardan oktyabrın 30-da separatçı Dağlıq Qarabağ rejiminin nümayəndəsinin Konqresin binalarının birində keçirdiyi tədbirə etiraz etmək üçün yığışmış Azərbaycan icmasına niyə qoşulmadıqlarını soruşub. Ən üzücü məqam isə ondan ibarətdir ki, Cəmil Həsənli və ətrafının ABŞ-da Azərbaycana qarşı tədbir təşkil etdiyi bir zamanda qondarma “dqr”in nümayəndə heyəti də Konqresdə və digər instansiyalarda görüşlər keçirirdi. Və bu, ilk dəfə deyil. Qaragüruhun separatçı rejimlə eyni zamanda və eyni tələblərlə, eyni ittihamlarla unison tədbir keçirməsi təsadüfə qətiyyən bənzəmir”.

Mir Şahin bu tədbirdə cəmi 11 adam iştirak etdiyini də əlavə edib:

“Onun da biri ERMƏNİ olub. Separatçı rejimin təəssübkeşi olan erməni…”

Tarix
2019.11.04 / 09:50
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvanda “artsax nümayəndəliyi”: məhkəmə niyə 2026-ya qalır?

ABŞ-dan qəribə xəbərdarlıq: Azərbaycanla sərhədə getməyin!

Qaliblər Vətəndə belə qarşılandı - Video

Azərbaycanın İsrailə yatırdığı investisiyanın həcmi...

İlham Əliyev Trampa buna görə təşəkkür etdi

Gürcüstan Azərbaycana olan borcunu tam ödədi

Paşinyan Zəngəzur dəhlizinə sadiq olduğunu təsdiqlədi

Bakıda İsrail və Suriya arasında kritik görüş: Barak da qatılır

Trampdan Azərbaycan və Ermənistanla bağlı paylaşım...

Putini bir müsahibə ilə darmadağın etdi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla