Yuxarı

Paşinyan Qərb pullarının üstündə oturub – Köçəryan

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşinyan Qərb pullarının üstündə oturub – Köçəryan

Bu gün Ermənistanda heç bir siyasi subyektliyi olmayan bir neçə nazir texnokratı istisna etmək şərtilə, hökumət və parlament çoxluğu ABŞ qrantlarıyla təmin edilən insanlardan təşkil edilib. Hakimiyyətə media dəstəyini yalnız qərbyönlü KİV-lər verir ki, onların sırasında üstünlüyü “Azadlıq” radiosu tutur. Bütün hökumətyönlü partiyalar, siyasətçilər və qeyri-hökumət təşkilatları açıq şəkildə antirusiya oriyentasiyası nümayiş etdirir və Qərb maliyyələşməsi üzərində otururlar.

Axar.az xəbər verir ki, bu sözlər Ermənistanın eks-prezidenti Robert Köçəryanın “Sputnik Ermənistan”da dərc olunan məqaləsində yer alıb.

“Nikol Paşinyanı aktiv şəkildə terrorçu reputasiyalı, Rusiya hərbi bazasının Ermənistandan çıxmasını tələb edən “Sasna Çrer”i dəstəkləyir. Faktiki olaraq baş nazirin bütün siyasi aktiv bazasının hamısı açıq qərbyönlülərdən ibarətdir. Bu, hakimiyyətin keçmiş xarici siyasət kursunun davam etdirməsinə və Rusiyanın ünvanına daimi reveransların edilməsinə rəğmən belədir.

Rusiya ilə hərtərəfli əməkaşlığa yönələn partiya və siyasətçilər mövcud hakimiyyəti dəstəkləmir və ona qətiyyən etibar etmirlər. Hər kəs güman edir ki, hakimiyyətin qərbyönlü siyasi baxışı Rusiya enerji daşıyıcıları və bazarları ilə asılılıqla toqquşaraq, merkantil praqmatikliyə transformasiya olunur”, – deyə o bildirib.

Tarix
2019.11.08 / 13:11
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Azərbaycanlıların olduğu gəmiyə hücum... - Leyen

Bəluclar Azərbaycana dəstək bəyanatı yaydı

Prezidentlə Cayşankarın görüşünə dair - Videoçarx

Ceyhun Bayramov Hindistana dəvət edildi

Çalışmışam ki, öz işimlə onu məyus etməyim - Prezident

Hindistan və Azərbaycan bu barədə razılığa gəldi

Hindistan Bakı və İrəvan arasında sülhü alqışlayır

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi

Qubadlının azad edilməsi müharibədə mühüm rol oynadı

Azərbaycan üzərindən Kuşnerə 1 milyard köçürülüb?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla