Yuxarı

Naxçıvan üçün nə lazımdırsa, edəcəyik – İlham Əliyev

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keçən il Naxçıvan büdcəsinin gəlirləri təqribən 400 milyon manata yaxın idi. İndi növbəti il üçün büdcə məsələləri müzakirə olunur. Əlbəttə ki, Naxçıvanın uğurlu və təhlükəsiz inkişafı üçün nə lazımdırsa, biz onu da edəcəyik.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edən zaman deyib.

“Ancaq bir məsələyə diqqətinizi cəlb etmək istəyirəm. Naxçıvan büdcəsinin cəmi 22 faizi yerli gəlirlər hesabına formalaşır, yəni, 383 milyon manatdan cəmi 83 milyon manatı yerli gəlirlər hesabına formalaşır, qalan 300 milyon manat Bakıdan dotasiya verilir. Hesab edirəm ki, növbəti illərdə yerli gəlirlərin artırılması istiqamətində işlər aparılmalıdır ki, onların faiz nisbəti artsın. Əminəm, belə olan halda daha da böyük imkanlar olacaq ki, sosial və sənaye layihələri icra edilsin”, - İlham Əliyev bildirib.

Prezident qeyd edib ki, bütün ölkədə olduğu kimi, bu gün Naxçıvanda da maliyyə və iqtisadi sahələrdə şəffaflıq tam təmin edilməlidir:

“Bildirməliyəm ki, aparılan islahatlar nəticəsində təkcə bu ilin 10 ayı ərzində büdcə gəlirləri plandan əlavə 850 milyon manat artmışdır. Bunun yarısı gömrük, yarısı vergi orqanları hesabına formalaşıb. Bu əlavə 800 milyon manat sırf idarəetmədə aparılan islahatlarla, şəffaflıqla bağlıdır və bizə imkan verir ki, maaşları da, pensiyaları da artıraq, investisiya layihələrinə də vəsaiti artıraq. Ona görə gələn ilin büdcəsinə baxdıqda yerli gəlirlərin həm mütləq rəqəmlərinin artırılması, eyni zamanda, ümumi büdcədə yerli gəlirlərin faizinin artırılması üçün əlavə addımlar atılmalıdır”.

Tarix
2019.11.18 / 16:31
Müəllif
Axar.az
Digər xəbərlər

Maldivlə sənəd imzalandı: Bu şəxslər vizadan azad edildi

İsrail prezidentinin Azərbaycana gələcəyi tarix açıqlandı

Tulia Ekson Azərbaycana gəldi

Putin İlham Əliyevə zəng etdi

Azərbaycan XİN-dən Fələstinlə bağlı paylaşım - Foto

İrəvan Bakıya bununla bağlı təklif göndərib - Xandanyan

İlin sonuna kimi sülh sazişi imzalanacaq? - Rəsmi

Bəzi dünya liderləri COP29-da iştirak etmədi - Bayramov

Bayramovdan Paşinyanın açıqlamasına münasibət

Fransa COP29-dan imtina etdi - Bayramovdan reaksiya

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla