Yuxarı

3-4 ay sonra Azərbaycan müharibəyə başlayacaq - Qriqoryan

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
3-4 ay sonra Azərbaycan müharibəyə başlayacaq - Qriqoryan

Aprel müharibəsinin başlamasından bir neçə gün əvvəl Azərbaycan hərbçiləri Talış kəndi ərazisinə gizli şəkildə keçərək, meşədə gizləniblər və döyüş fəaliyyətləri başlayan kimi arxadan hücuma keçiblər.

Axar.az xəbər verir ki, bunu “168 Jam”a müsahibəsində Qarabağ Müharibəsi Veteranları İttifaqının sədri Qriqor Qriqoryan deyib. O, 2018-ci il ərzində Azərbaycan ordusunun Naxçıvan istiqamətində minlərlə hektar ərazini tutduğunu bildirib.

Qriqoryan bu ərazilərin döyüşsüz ələ keçdiyini deyib. Erməni polkovnik Azərbaycanın hazırda döyüş fəaliyyətinə hazırlaşdığını söyləyib:

“Məncə, yaxın 3-4 ay ərzində Azərbaycan tərəfi fəaliyyətə başlaya bilər. Əsas hərbi fəaliyyət istiqaməti Naxçıvan olacaq. Mən iki şey demək istəyirəm. Birincisi, Rusiya tərəfindən Naxçıvanın müharibəyə cəlbi üçün provokasiyalara yol veriləcək ki, daha sonra onu Şimal-Cənub yolunun keçməsi və dəmiryolunun işləməsi üçün “azad edəcək”. İkinci variant kimi isə Türkiyənin Ermənistanda qoşunlarını yerləşdirmək cəhdi nəzərdə tutulur. Rusiyanın bu gün Gümrüdə hərbi bazanı yeniləməsi cəhdləri təsadüfi deyil. Bəzi axmaq insanlar bunun gərəksiz olduğunu deyirlər. Əgər Rusiya hərbçiləri Ermənistandan çıxarılsa, Türkiyə ordusu iki saat sonra İrəvanın mərkəzində olacaq”.

Tarix
2019.11.26 / 17:31
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Özbəkistan ilə Azərbaycanın qarşılıqlı münasibətləri...

Konstitusiyada Bəyannaməyə istinad olmayacaq - Paşinyan

Prezidentlər və xanımları İsmayıl Samani türbəsində

Bakı və İrəvan sülh üçün bunu dayandırmalıdır - Paşinyan

Nümayəndə heyətimiz Buxara Ark qalasında - Video

TRİPP dəmir yolu bu ərazilərdən keçəcək - Paşinyan

İlham Əliyev və xanımı Buxarada səfərdədir - Video

İlham Əliyev Zelenskini təbrik etdi

Qarabağın bərpasında ilk kömək edən ölkə... - Prezident

Prezidentlər mətbuata bəyanatla çıxış etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla