Yuxarı

Bakıdan Nikolun Qarabağa səfərinə - Reaksiya

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıdan Nikolun Qarabağa səfərinə - Reaksiya

Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə gələrək burada qanunsuz rejimin qondarma nümayəndələri ilə görüşməsi, Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xəttində işğalçı Ermənistan qüvvələrinə baş çəkməsi, torpaqlarımızın hərbi işğalına məhz Ermənistanın məsuliyyət daşıdığının və işğal olunmuş ərazilərimizdə nəzarəti Ermənistanın həyata keçirdiyinin növbəti dəfə bariz göstəricisidir.

Bunu Axar.az-a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Leyla Abdullayeva deyib.

"Bir müddət öncə Ermənistanın guya ki, Dağlıq Qarabağ yerinə qərar qəbul edə bilməyəcəyini iddia edən Baş nazir Paşinyan, atdığı bu addımları ilə münaqişənin həlli üzrə aparılan danışıqların birbaşa iştirakçısının elə Ermənistan olduğunu təsdiq etmiş oldu. Demək ki, oğlu Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində hərbi xidmət keçən, işğal olunmuş ərazilərimizdəki Ermənistan silahlı qüvvələrinə baş çəkib mövcud vəziyyətlə tanış olan, qondarma rejimin nümayəndələri ilə görüşlər keçirib planlar quran N.Paşinyan bəhanələri bir kənara qoyaraq, danışıqlar masasında birbaşa iştirakçı kimi qərar qəbulunda iştirak etməlidir", - deyə XİN rəsmisi vurğulayıb.

Tarix
2019.12.02 / 15:39
Müəllif
Axar.az
Digər xəbərlər

Paris Bakını blokladı, Türkiyə dərhal hərəkətə keçdi

2022-ci ildə Azərbaycanda bunun şahidi olduq - Bayraqdar

Azərbaycan və Türkiyə arasında son 10 gündə baş verənlər...

Qarabağ zəfərini bilirsinizmi kim qazandı? - Türk general

Hulusi Kılıçdan Azərbaycanla bağlı çağırış: Səsinizi kəsin!

6 il öncə Qələbəmizi izləyən güneylilər - Video

Prezident Türkiyəni nəzərdə tuturdu? - Sərrast cavab!

Medvedyev İrəvanı təhdid etdi: Yeni Ukraynaya çevriləcək

Prezidentin çıxışı ilə bağlı videoçarx paylaşıldı

YAP-ın qurultayının əsas siyasi məzmunu... – Qafarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla