Yuxarı

İlham Əliyev 3 sərəncam imzaladı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

16:39

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Naxçıvan şəhərində ASAN Xidmət mərkəzinin layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Axar.az sərəncamın mətnini təqdim edir:

1. Naxçıvan şəhərində ASAN Xidmət mərkəzinin layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 8,8 milyon (səkkiz milyon səkkiz yüz min) manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 15 noyabr tarixli 519 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

1. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 15 noyabr tarixli 519 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 11, maddə 942; 2005, № 9, maddə 818; 2007, № 5, maddə 459; 2009, № 4 maddə 238, № 5, maddə 383; 2013, № 6, maddə 702; 2014, № 12, maddə 1627; 2015, № 8, maddə 907, № 10, maddə 1191; 2016, № 4,maddə 737; 2017, № 1, maddə 51) ilə təsdiq edilmiş “Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası”nın tərkibi aşağıdakı redaksiyada verilsin:

“Komissiyanın sədri

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

Komissiyanın üzvləri:

Azərbaycan Respublikası Müdafiə nazirinin müavini

Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini

Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini

Azərbaycan Respublikası Ədliyyə nazirinin müavini

Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini

Azərbaycan Respublikası Baş prokurorunun müavini ─ Azərbaycan Respublikasının Hərbi prokuroru

Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidməti rəisinin müavini

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin müavini

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinin sədri

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti

“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin sədri

Komissiyanın katibi

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun rəhbəri”.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli 106 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli 106 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 3, maddə 174; 2002, № 1, maddə 71; 2004, № 4, maddə 282, № 7, maddə 566; 2005, № 8, maddə 733; 2007, № 12, maddə 1251; 2009, № 2, maddə 93; 2012, № 5, maddə 442; 2015, № 11, maddə 1301; 2016, № 12, maddə 2174; 2018, № 7 (II kitab), maddə 1597) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci hissə ilə yaradılmış Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilsin:

“Komissiyanın sədri

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri

Komissiyanın üzvləri

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq ekspertizası şöbəsinin müdiri

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri

Azərbaycan Respublikasının Daxili İşlər naziri

Azərbaycan Respublikasının Xarici İşlər naziri

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi

Komissiyanın katibi

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Miqrasiya və vətəndaşlıq məsələləri sektorunun müdiri.”.

2. 2-ci hissədən “və hərbi məsələlər” sözləri çıxarılsın.

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Tarix
2020.01.16 / 16:50
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıda Frank Palloneyə qarşı aksiya keçirilir

Paşinyan Bakının əsas tələbini qəbul etdi

İlham Əliyev Klaudio Şermi ilə görüşdü

Bayden və Szinpinin son görüşü: Xəbərdarlıq etdilər

İlham Əliyev ABŞ nümayəndə heyəti ilə görüşdü

Hersoqun Bakı səfəri niyə ləğv edildi? – Sensasion səbəb

İlham Əliyev İSESKO-nun baş direktoru ilə görüşdü

Birinci xanım Dirçəliş Günü münasibətilə paylaşım etdi

Türkiyə Azərbaycanı təbrik etdi

Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla