Yuxarı

Həsənquliyev: Xarici mollaların əlini öpənlər...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyevin müsahibəsini təqdim edir:

- Qüdrət bəy, Qasım Süleymaninin öldürülməsi ilə əlaqədar Azərbaycanda aparılan müzakirələrdən hansı nəticələri çıxarmaq olar?

- Nə qədər üzücü olsa da deməliyik ki, bir qisim inanclı insana kənar təsirlər güclüdür və bu, dövlətçiliyimiz üçün ciddi təhlükə yaradır. Vəziyyəti dəyişmək üçün dəfələrlə təkliflərlə çıxış etmişik ki, dini maarifçiliyi gücləndirmək məqsədlə maraqlı seriallar çəkilməli və TV-lərdə nümayiş etdirilməlidir. Hüzr yerlərində Qurandan surələr və ayələr Azərbaycan dilində oxunmalı, dini ayinlər öz dilimizdə icra olunmalıdır. Mollalar maarifçiliklə məşğul olmalı, dinimizdə qadın hüquqlarına, təhsilə, xeyriyyəçiliyə, halal yaşamağa, vətənpərvərliyə, böyüklərə ehtiram göstərilməsinə, ədalətli olmağa və s. ali dəyərlərə verilən yüksək qiymətdən bəhs etməlidirlər. Bu məqsəd üçün xüsusi kitabçaların kütləvi nəşri təmin edilməli və mollalardan tələb olunmalıdır ki, yalnız tövsiyə olunan mövzularda moizələr oxusunlar. Xüsusilə də Quran dirilər üçün nazil olduğuna görə, o, Azərbaycan dilində oxunmalıdır ki, insanlar başa düşsünlər. Bəzi mollaları cəhalətin onların maraqlarına cavab verməsi düşüncəsindən uzaqlaşdırmaq lazımdır. İzah olunmalıdır ki, ərəb dilində hətta ərəblərin başa düşmədiyi tələffüzlə Quranın oxunması onları savadlı göstərmir, günaha batırır. Bir sözlə, cəhalət və dini ekstremizmə qarşı mübarizə gücləndirilməlidir. Bunun vacibliyi din xadimlərinin diqqətinə çatdırılmalı və bu “Dini etiqad azadlığı haqqında” Qanunda imperativ norma kimi öz əksini tapmalıdır. Şükürlər olsun ki, Quran artıq dilimizə də tərcümə olunub və onun da tələbi odur ki, insanlar avaza qulaq asmayıb Allahın kəlamlarını başa düşsünlər. Konstitusiyamıza görə, din dövlətdən ayrı olduğu üçün din xadimlərinin siyasətlə məşğul olması cinayət hüquqi qaydasında təqib olunmalıdır. Siyasətlə məşğul olub xarici mollaların əlini öpən “dindarlara”, “insan hüquqlarını müdafiə edirik” pərdəsi altında, əslində isə nəyinsə xatirinə siyasi legitimlik qazandırmaq istəyən nadanlara və siyasi dələduzlara bir daha üzümü tutub deyirəm ki, bunun acısını siz, uşaqlarınız, həm də xalqımız çəkəcək.

- Qüdrət bəy, Rusiyada artıq elan olunmuş Konstitusiya islahatlarına münasibətiniz necədir?

- Çox yaxşı. Biz böyük qonşularımız olan İranda və Rusiyada demokratiyanın inkişafında maraqlı olmalıyıq. Demokratik dövlətlərlə əhatə olunmuş Azərbaycan daha təhlükəsiz yaşayacaq. Ümid edirəm ki, ölkəmizdə başladılmış islahatlar iqtisadiyyatda müsbət nəticələrini verdikcə siyasi sistemimizi də əhatə edəcək. Ölkəmizdə hakimiyyət bölgüsü real məzmun kəsb edəcək, güclü çoxpartiyalı siyasi sistem formalaşacaqdır.

- Artıq Milli Məclisə seçkilər üzrə təbliğat kampaniyasına başlanılıb. Neçə namizədlə seçkilərə qatılırsınız?

- 32 namizəd irəli sürsək də, onlardan bəziləri geri çəkildi, bəzilərinin isə sənədləri qaydasında olmadığı üçün qeydə alınmadı. Hazırda 16 dairədə namizədimiz qeydə alınıb. Namizədlərimizin sayının azlığı gücümüzü səfərbər etməyə və daha effektli seçki kampaniyası aparmağımıza imkan verəcək. Öz namizədlərimizin olmadığı dairələrdə isə digər müxalifət partiyaları ilə qarşılıqlı dəstək əsasında onların namizədlərini müdafiə edəcəyik. Çünki parlamentdə sağlam və güclü müxalifət fraksiyasına böyük ehtiyac var.

Tarix
2020.01.17 / 12:57
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Fransa Azərbaycandakı səfirini geri çağırdı

Rus sülhməramlılar Qarabağı tərk etməyə başladı - Video

XİN rəhbəri Terhi Hakalanı qəbul etdi

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi, dəstək istədi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla