Yuxarı

Türkiyə və Rusiya yenə bu ölkədə əsas oyunçudur – Şərh

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə və Rusiya yenə bu ölkədə əsas oyunçudur – Şərh

Liviya probleminin həlli ilə bağlı Berlindəki görüşdən ciddi nəticə çıxmadı, sadəcə olaraq, atəşkəslə bağlı ümumi razılıq əldə olundu. Həmçinin, o da qeyd edildi ki, Liviyada qarşıduran tərəflərə silah və hərbi texnika verilməsin. Yəni Liviyadakı bütün tərəflərə yönəlik silah embaroqusu tətbiq edilsin.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, silah embarqosunu həyata keçirmək çətin məsələdir:

“Birincisi, Liviyada yüzlərlə əşirət yaşayır, hamısı da silahlıdır, kim zəmanət verəcək ki, onlar atəşkəsə riayət edəcəklər? İkincisi, Liviyanın qonşu Misirlə yüzlərlə kilometr nəzarətsiz sərhədi var. Misir isə general Haftarı dəstəkləyir. Elə Birləşmiş Ərəb Əmirlikləri də Həftara tonlarla silah və hərbi texnika göndərib və göndərir. Liviyanın müxtəlif dövlətlərlə uzun məsafəli sərhədini necə monitorinq altında saxlamaq olar ki, Misir və ya digər dövlətlər general Haftara silah və hərbi texnika ötürməsin? Təbii ki, bu, indiki halda mümümkünsüz görünür”.

Politoloq bildirib ki, Berlin görüşünün nəticəsi Türkiyənin Liviyada rolunun azaldılmasına yönəlib:

“Berlin konfransının nəticəsinə görə, Liviya probleminin həlli ilə bundan sonra BMT Təhlükəsizlik Şurası məşğul olmalıdır. Türkiyə isə Təhlükəsizlik Şurasının üzvü deyil. Deməli, bu yolla Türkiyəni Liviya probleminin həllindən kənarda saxlamaq istəyirlər. Buna baxmayaraq, Türkiyə və Rusiya Liviyada əsas oyunçu olaraq qalacaqlar”.

E.Şahinoğlu Liviyada atəşkəsin bərpasının çətin olacağını qeyd edib:

“Liviya faktiki 2014-cü ildən iki hissəyə bölünüb. Tripolidə bir hökumət, Benqazidə başqa hökumət fəaliyyət göstərir. Benqazini bir qrup ölkə, Tripolidəkini isə digər qrup ölkə dəstəkləyir. Belə vəziyyətdə atəşkəsi Liviyada qorumaq çətin olacaq”.

Tarix
2020.01.20 / 14:15
Müəllif
Mahir Ələkbərov
Digər xəbərlər

Bakı ilə Tiflis arasında əlaqələrin intensivliyi getdikcə artır

İranın qisas günü çatdı: ABŞ qarşısını almaq üçün sabah...

Hindistanın Bakıya “qəfil sevgisinin” səbəbləri...

İlham Əliyev Möhsün Şəntürkü qəbul etdi

Rəsmi Bakı BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu qınadı

İlham Əliyev bütün manipulyasiyalara son qoydu - Maxaşvili

Ukrayna əraziləri geri qaytarır, Rusiya zəifləyir...

İranın ABŞ-a qardaş olmasının sübutları - Şok faktlar

Putinin Azərbaycanla bağlı planı məhv oldu - Səfəryan

Macarıstan Qarabağda bu kəndin bərpasına 30 milyon ayırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla