Yuxarı

Azərbaycanlıları belə qırdılar: Rus TV-sində şok - Video

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlıları belə qırdılar: Rus TV-sində şok - Video

09:52

Rusiyanın federal televiziya kanalının arxivindən tapılmış 2013-cü ilə aid görüntülər sosial şəbəkələrdə geniş müzakirə obyektinə çevrilib.

Axar.az xəbər verir ki, 9 yanvar 2013-cü ildə “Rossiya 1” telekanalında nümayiş olunan “İmperiyanın əsgəri” sənədli filmində məşhur rusiyalı yazıçı və jurnalist Aleksandr Proxanov Qafanda azərbaycanlıların necə təhqirlərə, işgəncələrə məruz qalmaları və doğma torpaqlarından qovulmaları faktlarından söhbət açıb.

“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bir müddət əvvəl mənə Ermənistana, daha dəqiq desəm, azərbaycanlıların kompakt yaşadığı Qafan şəhərinə getmək nəsib oldu. Məhz orada mən erməni vəhşiliklərini öz gözlərimlə gördüm. Ermənilər azərbaycanlıları incidir, hətta onları sudan belə istifadə etməyə imkan vermirdilər. Onları döyə-döyə, öldürə-öldürə Qafandan qovdular. Bu faciə ilk etnik təmizləmə idi. Azərbaycanlılar – uşaqlar, hamilə qadınlar, yaşlı insanlar, kişilər – ayaqyalın, ac, susuz qarın üstündə qalaraq donmuşdular. Onlar öz doğma yurd-yuvalarından, torpaqlarından, kəndlərindən, bağlarından qovuldu”, - məşhur yazıçı qeyd edib.

O bildirib ki, bundan sonra Qarabağ müharibəsi başlayıb, ermənilər Azərbaycandan ayrılmaq, bu Azərbaycan ərazisini ələ keçirmək qərarına gəliblər:

“Qorbaçovun çirkin siyasətinin qurbanı olan dəhşətli bir müharibə... O demişdi ki, qoy bu ziddiyyətləri müharibə gedən respublikalar və xalqlar özləri həll etsinlər. Bu, çox böyük bir səhv və cinayət idi”.

Tarix
2020.01.23 / 23:24
Müəllif
Əli Məmmədov
Digər xəbərlər

Hikmət Hacıyevin “vətən xaini” sözünə "hücum" başladı - Video

Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi

Əliyevlə Merz arasında geniş tərkibdə görüş...

Əliyevin Almaniya səfərinə Rusiyadan ağlasığmaz reaksiya

Prezidentin Almaniya səfəri ilə bağlı - Video

Bakıda gizli görüş keçirilib - İlham Əliyev

Azərbaycan bizim üçün mühüm rol oynayır - Merz

Yeni qərar: bu təhsilverənlərin sertifikatlaşdırma qaydası...

Tramp münaqişəyə son qoydu, Bakı dərhal addım atdı

Azərbaycan Almaniyaya qaz ixracı həcmini artıra bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla