Yuxarı

Paşinyan Münhendə Bakıya böyük dəstək verdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nikol Paşinyan özü də anlamadan beynəlxalq ictimaiyyət qarşısında Azərbaycanın haqlı mübarizəsini təsdiqlədi.

Bu sözləri Axar.az-a açıqlamasında sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilən panel haqda danışarkən deyib. O bildirib ki, debat zamanı Prezident İlham Əliyev N.Paşinyanı bir çox məsələdə üstələdi:

“Ölkə başçısı istər səlis danışıq qabiliyyəti, istərsə də münaqişəyə tarixi kontekstdən yanaşma tərzinə görə Paşinyanı çətin vəziyyətə saldı. Bu faktdan artıq erməni ictimaiyyəti də danışır. Erməni mətbuatı Paşinyanın İlham Əliyev qarşısında ölkə başçısına yaraşmayan tərzdə çıxış etdiyini qeyd edib. Cənab Prezident bir daha sübut etdi ki, Azərbaycanın mövqeyi Ermənistanın mövqeyindən daha güclüdür. Azərbaycan Prezidentinin konstruktiv yanaşması haqlı bir mübarizədən xəbər verir. Çünki haqsız bir məsələni müdafiə etmək olduqca çətin bir işdir. Hesab edirəm, bu diskussiyanın təsiri Ermənistanda Paşinyanın mövqeyini sarsıdacaq. Əslində, bu görüş onu sübut etdi ki, Azərbaycan hərbi sahədə olduğu kimi, diplomatik sahədə də böyük üstünlüklər əldə edib”.

Politoloq Paşinyanın 1994-cü ildə atəşkəsin Ermənistan, “Dağlıq Qarabağ” və Azərbaycan arasında imzalanması haqda iddialarına da aydınlıq gətirib:

“Bu, Ermənistan tərəfinin işlətdiyi ənənəvi yalanlardandır, çünki atəşkəslə bağlı rəsmi bir saziş mövcud deyil. Ermənistan tərəfi belə bir sənədin olduğunu iddia edirsə, buyurub göstərə bilər. Bu, sadəcə bir razılaşmadı. Birincisi, saziş bağlayan tərəflər rəsmi olaraq bir-birinin bərabər səviyyədə olduğunu qəbul edirlər. Bu, beynəlxalq hüquqda da öz əksini tapan bir nüansdır. Azərbaycanın isə Dağlıq Qarabağı özü ilə bərabər hüquqda tanıması mümkün deyil. İkincisi, saziş bağlanarkən imza çəkilən hissədə tərəflər göstərilir, daha sonra rəsmi imzalar atılır. Bax bu fakt Paşinyanın iddialarını çürütməyə kifayət edir. Çünki ortada belə bir saziş yoxdur. Bu, faktiki bir razılaşmadı. Görünür, Paşinyan hələ razılaşma ilə saziş arasında fərqi bilmir.

Mən birbaşa bu prosesin içində olmuşam və detallara, incə məqamlara bələdəm. Rusiya Xarici İşlər Nazirliyinə Azərbaycan tərəfindən razılıq göndərilib ki, təyin olunmuş vaxt ərzində atəşkəs rejiminə sadiq qalacağıq. Buna imza atan şəxs isə Azərbaycanın müdafiə naziridir. Digər istənilən tərəf də vasitəçi ölkəyə oxşar müraciət edə bilər. “Dağlıq Qarabağ” tərəfinin oxşar addımı atması Azərbaycanla qondarma rejimin rəsmi bir saziş imzalaması və ya onu öz səviyyəsində tanıması demək deyil”.

Tarix
2020.02.17 / 14:38
Müəllif
Turan Rzayev
Digər xəbərlər

O, məni şərləyəndə Bəylər Əyyubov prezidentə demişdi ki...

Rusiyadakı qadın təşkilatlarına və cəmiyyətlərə müraciət

Türk mediası Rusiyadakı zorakılığı göstərdi - Video

Rusiyada öldürülən qardaşlar: ekspertizanın nəticəsi...

Ərdoğandan Azərbaycana növbəti təşəkkür

Bakıya gələn “Ruptly”nin redaktoru saxlanıldı – Təcili

Bakıda Rusiyanın Mədəniyyət Mərkəzi bağlanıb?

Yekaterinburqdakı qətllə bağlı bəyanat yayıldı

Rusiya "tarixi iddialara" əsaslanır, postsovet ölkələrinə qarşı...

Paşinyan Kallasla görüşdü, sülh prosesindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla