Yuxarı

İlham Əliyev İtaliya Senatının Sədri ilə görüşdü

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev İtaliya Senatının Sədri ilə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 20-də İtaliya Respublikası Senatının Sədri, senator xanım Maria Elisabetta Alberti Kaselatti ilə görüşüb.

Axar.az xəbər verir ki, Senatın Sədri Maria Elisabetta Alberti Kaselatti dövlətimizin başçısı İlham Əliyevi qarşılayıb.

Azərbaycan Prezidenti və İtaliya Senatının Sədri birgə foto çəkdiriblər.

İtaliya Senatının Sədri Maria Elisabetta Alberti Kaselatti özünün Azərbaycana, Birinci vitse-prezident Mehriban Əliyevanın isə Romaya səfərlərini xatırlatdı. O, ölkələrimiz arasında dostluğun hərtərəfli surətdə genişləndiyini qeyd edib. İtaliya Prezidentinin ölkəmizə rəsmi səfərini vurğulayan Senatın Sədri tarixi əlaqələrə əsaslanan Azərbaycan-İtaliya əməkdaşlığının bütün sahələrdə inkişaf etdiyini bildirib.

Prezident İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellanın Bakıya rəsmi səfərinin əhəmiyyətini qeyd edib. Prezident dedi ki, bu səfər əlaqələrimizin yüksək səviyyədə olduğunu bir daha göstərdi. Dövlətimizin başçısı İtaliyaya dövlət səfəri çərçivəsində imzalanan sənədlərin böyük əhəmiyyət daşığını qeyd etdi. Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”nin əlaqələrimizi yeni yüksək səviyyəyə qaldıracağını bildirib. Xüsusi qeyd olunub ki, İtaliya Azərbaycanın Avropa ölkələri arasında siyasi, iqtisadi və ticarət baxımından əsas tərəfdaşıdır.

Görüşdə parlamentlərarası əlaqələrin böyük əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb, Azərbaycan ilə İtaliyanın ATƏT Parlament Assambleyası, AŞPA və digər qurumlarda da əməkdaşlıq etdiyi vurğulanıb. TAP layihəsinin uğurla reallaşdırılmasının, həmçinin İtaliya şirkətlərinin Azərbaycanda enerji və digər sahələrdəki layihələrdə iştirakının əhəmiyyəti qeyd edilib.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub.

Tarix
2020.02.20 / 19:46
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla çox vacib razılığa gəldik

Abbas Arakçı Azərbaycana təşəkkür etdi

İrana quru hücumu sabah başlayır: BƏƏ niyə yardım edir?

İlham Əliyev banqladeşli həmkarını təbrik etdi

Rusiyadan İrana göndərilən yardım "Qaradağ"a çatdı

"Labubu" oyuncaqları rekord gəlir qazandırdı

Neft-qaz sektorunda azalma baş verdi, əvəzində... - Ekspert

ABŞ və İranın qəbuledilməz şərtləri: kim geri çəkilir?

Yaxın Şərqdə gərginlik: bu layihənin əhəmiyyəti artmaqdadır

Heç kəs xəyal etmirdi: İran gözləntiləri darmadağın etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla