Müavinət və təqaüd alanların nəzərinə
17:58
| Ana səhifə Planet |
|
Ukrayna İranda saxlanılan dörd dənizçisini ölkəyə qaytarıb.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixiy məlumat yayıb.
Tixiyin sözlərinə görə, bu ilin aprel ayında İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında bir sıra gəmiləri və dənizçiləri saxlayıb:
“Saxlanılanlar arasında göyərtəsində Ukraynanın 4 vətəndaşının olduğu “Epimonidas” konteyner gəmisi də olub. Həmin vaxtdan etibarən Ukrayna tərəfi bütün aidiyyəti qurumlar və tərəflərlə fəal və ardıcıl iş aparıb. Məmnuniyyətlə bildiririk ki, bu səylər müsbət nəticə verib. Dörd vətəndaşımız artıq İran ərazisini tərk edib”
XİN rəsmisi qeyd edib ki, Ukrayna vətəndaşları hazırda təhlükəsiz şəraitdə, ailələrinin yanındadır.
|
Tarix
2026.06.24 / 16:52
|
Müəllif
Axar.az
|