Yuxarı

Xocalı soyqırımı ilə bağlı əsas hədəf - Hacıyev

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xocalı soyqırımı ilə bağlı əsas hədəf - Hacıyev

Xocalı faciəsinin beynəlxalq ictimaiyyətə təqdim olunması və onun soyqırım aktı olaraq tanıdılması istiqamətində səylərimiz davam edir.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasımda Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. O bildirib ki, əsas məqsəd Xocalının beynəlxalq məhkəmələr müstəvisində soyqırım kimi tanıdılmasıdır:

“Azərbaycan xalqı Xocalı faciəsinin 28-ci ildönümünü qeyd edir. Xocalı faciəsi xalqımızın ağrılı yarasıdır.

Azərbaycan xalqı onların xatirəsini öz yaddaşında saxlayır və böyük ehtiramla onları yad edir.

Bu gün Xocalı faciəsinin beynəlxalq ictimaiyyətə təqdim olunması və onun soyqırım aktı olaraq tanıdılması istiqamətində səylərimiz davam edir. Çox müsbət haldır ki, 10-dan artıq ölkənin parlamenti və bir çox ölkənin yerli qanunverici orqanları səviyyəsində Xocalı insanlıq əleyhinə cinayət və soyqırım aktı kimi qəbul edilib. Əsas məqsədimiz beynəlxalq məhkəmələr müstəvisində Xocalının soyqırım kimi tanıdılmasına nail olunmasıdır ki, bu prosesdə də ictimai məlumatlandırma, Xocalıya ədalət kampaniyası, vətəndaş cəmiyyəti təşkilatlarımızın, diplomatik nümayəndəliklərimizin və diaspor təşkilatlarımızın fəaliyyəti çox önəmli xarakter daşıyır”.

Tarix
2020.02.24 / 11:21
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Azərbaycan və Türkiyə arasında son 10 gündə baş verənlər...

Qarabağ zəfərini bilirsinizmi kim qazandı? - Türk general

Hulusi Kılıçdan Azərbaycanla bağlı çağırış: Səsinizi kəsin!

6 il öncə Qələbəmizi izləyən güneylilər - Video

Prezident Türkiyəni nəzərdə tuturdu? - Sərrast cavab!

Medvedyev İrəvanı təhdid etdi: Yeni Ukraynaya çevriləcək

Prezidentin çıxışı ilə bağlı videoçarx paylaşıldı

YAP-ın qurultayının əsas siyasi məzmunu... – Qafarov

Kobaxidzedən TRİPP açıqlaması: Ciddi problem...

Konsulluğumuz önündə aksiya: Ankaranın da rolu varmı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla