Yuxarı

Aİ ilə yeni saziş üzrə danışıqlar aparılır - XİN

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Aİ ilə yeni saziş üzrə danışıqlar aparılır - XİN

Azərbaycan və Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqlar aparılır.

Axar.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva məlumat verib.

L.Abdullayeva bildirib: "Bu ilin 25 fevral tarixində nazir Elmar Məmmədyarovun Aİ-nin xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel ilə telefon danışığı baş tutub.

Söhbət zamanı tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövcud vəziyyət ətrafında fikir mübadiləsi aparıblar. Nazir Elmar Məmmədyarov, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Münhen Təhlükəsizlik Konfransı çərçivəsində bəyan edildiyi kimi, münaqişənin beynəlxalq hüququn norma və prinsipləri və xüsusilə də Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə hörmət əsasında həll olunmasına dair Azərbaycanın prinsipial mövqeyini Aİ-nin ali nümayəndəsinin diqqətinə çatdırıb. Nazir, Aİ-nin münaqişənin həlli üzrə sərgilədiyi mövqeyə və Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə etdiyinə görə qarşı tərəfə təşəkkürünü bildirib.

Tərəflər, həmçinin Azərbaycan və Aİ arasında ikitərəfli münasibətlərin hüquqi əsasını təşkil edəcək yeni Saziş üzrə aparılan danışıqların cari vəziyyəti barədə danışıblar. Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının növbəti iclasının keçirilməsi məsələsinə toxunublar.

Tərəflər habelə, Avropanın enerji təminatında mühüm rol oynayan Cənubi Qaz Dəhlizinin həyata keçirilməsi, onun gələcəkdə genişləndirilməsi, eləcə də nəqliyat və bağlılıq məsələlərini müzakirə etdilər".

Tarix
2020.02.27 / 01:18
Müəllif
Axar.az
Digər xəbərlər

Çolpon-Atada Əliyevin səfərinə həsr olunmuş banner - Foto

TDT-nin ilk peyki bu tarixdə buraxılacaq

İlham Əliyev və xanımı Qırğızıstanda səfərdədir

İranın “düşmən” siyahısındakı “AzTV” deyil? - Müəmma

Biz alternativlər yaradırıq, Moskvada isə deyirlər ki...

Azərbaycanlılar sərhəddə buna məcbur edilir

İlham Əliyev Mərakeş Kralını təbrik etdi

İsrail Suriyaya zərbə endirdi

Bütün region bunun bədəlini ödəyir - Ərdoğan

Rusiyanın Azərbaycanla bağlı planı alınmadı - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla