Yuxarı

Seyidov AŞPA-nı darmadağın etdi: Nifrət virusu...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Şurası məruzəçilərinin həqiqəti əks etdirməyən, yalan, böhtan, nifrət dolu, utanc doğuran açıqlaması məndə çox ciddi etiraz və narahatlıq yaratdı. Hesab edirəm ki, bu açıqlama Avropa Şurasının iç üzünü bir daha göstərdi. Bu, həm də Avropa Şurasında gedən proseslərin nə dərəcədə böhran vəziyyətində olmasına dəlalət edir.

Axar.az xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞPA məruzəçilərinin Azərbaycanla bağlı verdikləri son açıqlamaya münasibət bildirərkən deyib.

“Məruzəçilərin bu açıqlaması Azərbaycan Prezidenti İlham Əliyevin altıncı çağırış Milli Məclisin ilk iclasının açılışında söylədiyi müstəqil siyasət aparan, öz müqəddəratını həll etmək iqtidarında olan dövlət və xalq həmişə təzyiq altında olur fikrini bir daha təsdiq etdi. Dövlətimizin başçısı bildirdi ki, onun bu nitqindən sonra hansısa beynəlxalq təşkilat yenə də bizə hücum edəcək. Avropa Şurası məruzəçilərinin belə bir açıqlama verməsi cənab Prezidentin dediyi sözləri təsdiq etdi”, - Seyidov bildirib.

Milli Məclisin komitə sədri qeyd edib ki, bu gün Azərbaycanda insan haqları sahəsində çox böyük işlər görülür:

“Ölkəmizdə koronavirusun yayılmasının qarşısının alınması üçün atılan addımlar insan həyatını, Azərbaycan vətəndaşının təhlükəsizliyini qorumaq niyyətini və fəlsəfəsini özündə əks etdirir. Bundan başqa, bu günlərdə ölkəmizdə həbsxanalardan yüzlərlə məhbusun buraxılmasını, bundan sonra da insan haqları ilə bağlı addımların atılacağını nəzərə alsaq görərik ki, nə qədər böyük işlər görülüb. Bunların heç birini görməmək, Azərbaycana qarşı bu dərəcədə nifrət hissi ilə çıxış etmək o deməkdir ki, koronavirusdan başqa sanki bu insanların beynində nifrət virusu da formalaşıb və bu virus hətta koronavirusdan daha təhlükəlidir. Çünki bəşəriyyət koronavirusun müalicəsini nə vaxtsa tapacaq, ancaq bu insanları nifrət virusundan təmizləmək çox çətin məsələdir. Belə bəyanatlar Avropa Şurası daxilindəki marginal qruplar tərəfindən verilir. Onlar çalışırlar ki, Azərbaycana qarşı hansısa mənfi addımlar atsınlar. Azərbaycan isə belə təxribatçı addımlara gördüyü işlərlə cavab verir. İnanıram ki, bu gün Azərbaycanın gördüyü bu mühüm işlər Avropa ölkələri üçün nümunəvi xarakter daşıyır”.

Səməd Seyidov həmməruzəçilərin bu qərəzli, nifrət dolu açıqlaması ilə əlaqədar Avropa Şurası Parlament Assambleyasının prezidentinə etiraz məktubu yazdığını da diqqətə çatdırıb.

Tarix
2020.03.28 / 16:21
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla