Yuxarı

Avropa Komissiyası Bakıya yardım paketi ayırır

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avropa Komissiyası Bakıya yardım paketi ayırır

Avropa Komissiyası “Şərq Tərəfdaşlığı” proqramının üzvü olan ölkələrə - Gürcüstan, Ermənistan, Azərbaycan, Moldova, Ukrayna və Belarusa koronavirusla mübarizədə təcili ehtiyaclar üçün 140 milyon avro ayıracaq.

Axar.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının onlayn brifinqində bildirilib.

Qeyd olunur ki, Komissiya koronavirusun sosial-iqtisadi fəsadlarını yumşaltmaq məqsədilə 700 milyon avroya qədər vəsait yönəldəcək.

Məlumatda bildirilir ki, tərəfdaş ölkələrin müraciəti ilə Avropa Komissiyası zəruri tələblərə reaksiya verəcək və tibbi avadanlıqların, o cümlədən süni nəfəs aparatlarının, laboratoriya komplektlərinin, maska, qoruyucu gözlük, xalat və qoruyucu geyimlərin tədarükünü dəstəkləyəcək:

"Avropa Komissiyası Ümumdünya Səhiyyə Təşkilatı ilə birgə işləyir və yaxın həftələrdə satınalmanın təmin olunması, altı ölkənin səhiyyə sistemləri arasında səmərəli paylanması üçün 30 milyon avro ayırır".

Tarix
2020.03.30 / 16:49
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentlər Şuşada Bülbülün ev-muzeyində... - Foto

Maqdalena Qrono Azərbaycana gəlir

ABŞ-da azərbaycanlılarla bağlı konfrans keçiriləcək

Şuşada “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanışlıq...

Azərbaycan-Türkmənistan əməkdaşlığı... - Depuat

Prezidentlərin Şuşa gəzintisindən - Video

Azərbaycandan tranzit keçməklə Ermənistana gübrə göndərildi

Prezidentlər Füzuli şəhərinin dağıdılmış yerlərinə baxdılar

İlham Əliyev Lüksemburqun Böyük Hersoqunu təbrik etdi

Prezident Berdiməhəmmədovu Füzulidə qarşıladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla