Yuxarı

Dövlət qulluğuna yeni qəbul edilən əməkdaşlar and içdilər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dövlət qulluğuna yeni qəbul edilən əməkdaşlar and içdilər

23 İyun - Dövlət Qulluqçularının Peşə Bayramı günü münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində daimi dövlət qulluğuna yeni qəbul edilmiş əməkdaşların andiçmə mərasimi olub.

Axar.az xəbər verir ki, tədbir iştirakçılarını peşə bayramları günü münasibətilə təbrik edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 2000-ci il iyulun 21-də “Dövlət qulluğu haqqında” Qanunun qəbul edildiyini, 25 il əvvəl qəbul olunan bu qanunun Ulu Öndərin rəhbərliyi ilə dövlət idarəçilik sistemində aparılan islahatların mühüm nailiyyəti olduğunu deyib. O, ötən dövrdə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə dinamik tərəqqiyə və tarixi Zəfərə nail olan Azərbaycanda dövlət qulluğu sisteminin də davamlı inkişafının təmin edildiyini vurğulayıb.

Rəşad Mustafayev Nazirlik sistemində daimi dövlət qulluğuna yeni qəbul edilmiş əməkdaşların sosial islahatlar prosesində, sosial müdafiə və məşğulluq tədbirlərində, əhaliyə xidmətlərin vətəndaş məmnunluğuna uyğun göstərilməsi işlərində daim səylə çalışaraq öz töhfələrini verəcəyinə əminliyini bildirib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Nazirliyin Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri Nərmin Bayramova çıxış edərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində qulluq keçən dövlət qulluqçularının inkişaf dinamikası barədə məlumat verib.

Tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib və yeni işə qəbul olunan 51 nəfər əməkdaş and içib. Onlar çıxış edərək dövlət qulluğu sistemində daim şərəflə çalışacaqlarını, göstərilən inam və etimadı layiqli səviyyədə doğruldacaqlarını vurğulayıblar. Dövlət qulluğuna yeni qəbul olunmuş əməkdaşlara xidməti vəsiqələr təqdim olunub.

Nazirliyin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində təşkil olunan tədbir Mərkəz tərəfindən hazırlanan bədii hissə ilə davam edib.

Tarix
2026.06.23 / 13:57
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentlər Şuşada Bülbülün ev-muzeyində... - Foto

Maqdalena Qrono Azərbaycana gəlir

ABŞ-da azərbaycanlılarla bağlı konfrans keçiriləcək

Şuşada “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanışlıq...

Azərbaycan-Türkmənistan əməkdaşlığı... - Depuat

Prezidentlərin Şuşa gəzintisindən - Video

Azərbaycandan tranzit keçməklə Ermənistana gübrə göndərildi

Prezidentlər Füzuli şəhərinin dağıdılmış yerlərinə baxdılar

İlham Əliyev Lüksemburqun Böyük Hersoqunu təbrik etdi

Prezident Berdiməhəmmədovu Füzulidə qarşıladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla