Yuxarı

Türkiyədə Soylu şoku: nə baş verir? – Türkiyəli ekspert

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyədə Soylu şoku: nə baş verir? – Türkiyəli ekspert

Türkiyədə axşam saatlarında Daxili İşlər naziri Süleyman Soylunun istifa qərarı böyük bir şok dalğası meydana gətirdi.

Bu sözləri Axar.az-a açıqlamasında türkiyəli siyasi şərhçi Həsən Oqtay nazir Süleyman Soylunun istefa qərarını şərh edərkən deyib. Onun sözlərinə görə, koronavirus səbəbiylə gərginlikdə olan hökumət yaranan çətinliklərlə mübarizə apararkən, digər tərəfdən nəqliyyat naziri Məhməd Cahidi ötən həftə vəzifəsindən azad etdi:

“İndi Daxili İşlər naziri Süleyman Soylunun istefa qərarı sual altındadır. Prezidentin bu istefanı qəbul etmədiyi ilə bağlı xəbərlər yayılır. Hökumətə yaxın mənbələrdən əldə edilən məlumata görə, kabinetdə Süleyman Soylunun maliyyə naziri, eyni zamanda prezidentin kürəkəni Barat Albayraqla ciddi qarşıdurması var. Həm bu məsələ üzə çıxdı, həm də S.Soylu komendant saatı ilə bağlı qərarvermə mərhələsində ondan gözləniləni edə bilmədi və hər kəs tərəfindən tənqid olunduqdan sonra istefasını elan etdi”.

Ekspertin fikrincə, Türkiyə Prezidenti Soylunun istefasını qəbul etmək istəmədiyini dilə gətirsə də, bu heç nəyi dəyişməyəcək:

“Prezident hökumət parçalanmasın deyə, bu istefanı qəbul etməyə bilər. Süleyman Soylu istefasının Prezident tərəfindən qəbul olunmayacağını görərək, bəlkə də bir manevr edib, kabinetdə möhkəm mövqe tutmaq istəyə bilər. Ancaq belə bir münasibət Prezident tərəfindən müsbət qarşılanmayacaq və bu baş verərsə, Prezident bu istefanı təsdiqləməsə də, Soylunu ən qısa müddətdə əvəzləyəcək”.

Analitik baş verənlərin sonda erkən seçkilərlə nəticələnə biləcəyini də istisna etməyib.

Qeyd edək ki, Türkiyə Cümhurbaşqanlığından verilən rəsmi açıqlamada Süleyman Soylunun istefasının qəbul edilmədiyi bildirilir.

Tarix
2020.04.13 / 01:18
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

Azərbaycan və Fransa arasında mühüm danışıqlar...

Zəfər Günü: İlham Əliyevə təbriklər davam edir

Buğda yüklü qatar Azərbaycandan Ermənistana getdi - Foto

İlham Əliyev Özbəkistana dəvət edildi

Yunanıstan onu Azərbaycana səfir göndərir

Babayevdən gəlir vergisi barədə açıqlama: Aşağıdır...

Ermənistanda türk dilinin tədrisi... - Andreasyan

Azərbaycan və Əlcəzair XİN başçıları görüşdü

Qaşqaylar Əliyevin sözlərinə dərhal reaksiya verdilər

1992-ci ildə Heydər Əliyevin İrana səfəri zamanı... – Səfir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla