Yuxarı

İrandan işğalçı Ermənistana şok dəstək

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrandan işğalçı Ermənistana şok dəstək

İranın “Tabnak” informasiya agentliyi Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinin etnik kimliyini saxtalaşdıraraq aşkar şəkildə işğalçı Ermənistana dəstək nümayiş etdirir.

Axar.az Teleqraf.com-a istinadən xəbər verir ki, agentlik yayımladığı məqalədə işğalçının tərəfini tutaraq, Azərbaycan və Türkiyəni Tovuz rayonu ilə sərhədlərdə baş verənlərə görə məsuliyyət daşıyan tərəflər kimi göstərməyə çalışıb.

Mənbə sonda Dağlıq Qarabağın etnik kimiliyini də dəyişməyə cəhd göstərərək yazıb:

“XI əsrin əvvəllərində türkdilli xalqlar Qafqaza köç ediblər. Onlar bundan sonra regionun ermənilər və gürcülər kimi bir çox xalqlarını məhsuldar torpaqlardan çıxarıblar. Bununla da, ermənilərin həmin bölgələrdə sayı əhəmiyyətli dərəcədə azalıb və onlar daha çox dağlıq bölgələrə köçüblər”.

Əlavə edək ki, bu, İran mediası və siyasi dairələrinin Azərbaycana qarşı ilk xəyanətkar mövqeyi deyil. Bundan öncə isə İran Dövlət Televiziyasının aparıcısı da xəbərlər proqramında Dağlıq Qarabağı “erməni torpağı” adlandırmışdı.

Xatırladaq ki, “Tabnak” agentliyinin İran ordusunun (SEPAH) sabiq komandanı Möhsün Rzayiyə aid olduğu bildirilir. O, hazırda İranın Ali Məsləhət Şurası kimi mühüm qurumunun katibi vəzifəsini tutur.

Tarix
2020.07.16 / 16:29
Müəllif
Axar.az
Digər xəbərlər

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla