Yuxarı

XİN rəhbəri alman səfiri qəbul etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
XİN rəhbəri alman səfiri qəbul etdi

Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı səfiri Volfqanq Maniqi qəbul edib.

XİN-dən Axar.az-a verilən məlumata görə, görüşdə tərəflər Azərbaycan və Almaniya arasında mövcud olan əməkdaşlıq münasibətlərinin bir sıra sahələr, o cümlədən iqtisadi, ticarət, humanitar, mədəniyyət və digər istiqamətlər üzrə inkişafına dair fikir mübadiləsi aparıblar.

C.Bayramov Azərbaycan, eləcə də bölgədə təhlükəsizliyə hədə olan Ermənistanın işğalçılıq siyasəti, iki dövlətin beynəlxalq sərhədində Ermənistan silahlı qüvvələri tərəfindən törədilən sonuncu hərbi təxribatı, eləcə də bölgədəki cari vəziyyət barədə qarşı tərəfi məlumatlandırıb. Ermənistanın rəhbərliyinin ziddiyyətli bəyanat və əməllərinin, eləcə də sonuncu planlaşdırılmış təxribatın münaqişənin həlli üzrə aparılan danışıqlara zərbə olduğu qeyd olunub. Azərbaycanın mahiyyət üzrə və nəticəyə yönəlik danışıqları dəstəklədiyini vurğulayan nazir Azərbaycanın ərazilərinin işğalı ilə heç zaman barışmayacağını və danışıqların məhz işğalın nəticələrinin aradan qaldırılmasına xidmət etməli olduğunu qeyd edib.

V.Maniq səmimi qəbula görə təşəkkürünü ifadə edərək Almaniya Xarici İşlər naziri Hayko Maasın Ceyhun Bayramova ünvanladığı təbrik məktubunu təqdim edib. İki ölkə arasında müxtəlif sahələrdə mövcud olan əməkdaşlıq əlaqələrinin bundan sonra da inkişaf edəcəyindən əminlik ifadə olunub.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Tarix
2020.07.30 / 19:54
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevin Ermənistanı deyil, avropalıları tənqid etməsi...

Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb - Mustafayev

Leyla Əliyeva Raffaella Petrini ilə görüşdü

Pakistanda zorlanan azərbaycanlı qızla bağlı şok faktlar - Foto

Müharibəyə baxmayaraq, İranın Azərbaycanla... - Fərzanə Sadiq

Slovakiyanın müdafiə naziri Azərbaycana gəldi

Şahin Mustafayev Məsud Pezeşkianla görüşdü

Azərbaycan və Belarus hərbi əməkdaşlığı müzakirə etdi

Türkiyə MN Naxçıvandakı təlimdən video yaydı

Avropa Komissiyasının rəsmiləri Naxçıvanda - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla