Yuxarı

İkinci dalğa gəlir: Azərbaycanda hazırlıq...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:01

Hökumətin dövlət büdcəsində dəyişikliklə bağlı təklifləri və Milli Məclisldə bu dəyişikliklərin təsdiqlənməsi bir daha sübut etdi ki, ölkəmiz sosial layihələrin heç birindən imtina etmədən pandemiyanın vurduğu zərbələri birbaşa öz üzərinə götürməyə qadirdir.

Axar.az xəbər verir ki, bu sözləri mediaya açıqlamasında millət vəkili Malik Həsənov dünyada koronavirus pandemiyasının ikinci dalğasına hazırlıq və Azərbaycan dövləti tərəfindən görülən önləyici tədbirlər barədə danışarkən deyib.

O bildirib ki, koronavirus infeksiyasının pandemiya elan olunmasından öncə artıq Azərbaycan bu fors-major situasiyaya hazırlıq prosesinə başlamışdı:

“Tibbi avadanlıqların alınması və xəstələr üçün çarpayı yerlərinin artırılması, modul tipli xəstəxanaların sürətlə tikilməsi, “Yeni klinika”nın açılması və dərhal da koronaviruslu xəstələrə ayrılması, xaricdə gətirilən vətəndaşların karantini 4-5 ulduzlu otellərdə və Atletlər kəndində keçməsindən tutmuş koronavirusla mübarizə aparan həkimlərə xüsusi diqqətə qədər, böyük tədbirlər kompleksi bir-birinin ardınca, birbaşa cənab Prezident İlham Əliyevin nəzarəti və tapşırıqları ilə həyata keçirildi.

Eyni zamanda, dövlət başçısı rəsmi qurumlar qarşısında iş yerlərinin ixtisara salınmaması və insanların birbaşa işə çıxa bilməməsinə rəğmən, işlərini itirməməsi üçün tədbirlər görmək öhdəliyini qoydu. İqtisadiyyat Nazirliyi 300 mindən çox sahibkara birbaşa dəstək göstərdi, paralel olaraq iş yerlərinin qorunması üçün onların əmək haqqının əhəmiyyətli hissəsinin ödənilməsini dövlət öz üzərinə çəkdi.

Xüsusi vurğulanmalı məqamlardan biri də günəmuzd işləyən insanlara sərt karantin müddətində birdəfəlik ödəmələrin verilməsi idi. Bildiyiniz kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu şəxslərin sayını 200 min olaraq hökumətə təqdim etmişdi, Prezident İlham Əliyevin göstərişi ilə birdəfəlik ödəmə alanların sayı 600 minə qaldırıldı.

Azərbaycan ÜDM ilə müqayisədə bu sahəyə ən böyük vəsait ayıran dövlətlər sırasında dayanır”.

Malik Həsənovun sözlərinə görə, koronavirus pandemiyası bütün dünyada iqtisadiyyata ağır zərbələr vurub, bir çox sahələrdə tam durğunluq yaradıb:

“Azərbaycan da koronavirus pandemiyasının zərbələrinə məruz qalır. Büdcə müzakirələri zamanı bir daha elan olundu ki, təklif edilən dəyişikliklərdən sonra icmal büdcəsinin gəlirləri mövcud gəlirdən 5 milyard az olacaq və kəsir 8 milyard 436 milyana qalxacaq. Bütün bunlara rəğmən, heç bir sosial layihə dayandırılmayıb, ən ciddi iqtisadi zərbələri dövlət öz üzərinə götürməkdə və əhalinin həm can, həm də mal baxımından ən az itki ilə pandemiyadan çıxması üçün bütün istiqamətlərdə koordinasiya olunmuş, mütəşəkkil addımlarını davam etdirir”.

Millət vəkili xatırladıb ki, artıq dünya pandemiyanın ikinci dalğasına hazırlaşır:

“Son bir neçə gün ərzində Böyük Britaniya, Almaniya, Estoniya, Fransa da daxil olmaqla, dünyanın bir çox ölkəsi payızda ikinci dalğanın xəbərdarlığını etməkdədirlər.

Azərbaycanda Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi son sərt karantin tədbirlərinin artıq müsbət nəticələrini görürük. Yoluxma sayı kəskin azalıb, gündəlik sağalanlar isə yoluxma sayını bəzi günlər 2-3 dəfəyə qədər üstələyir. Avqustun 5-dən başlayaraq, sərt karantin rejiminin yumşaldılması qərarı da bununla bağlıdır.

Buna baxmayaraq, dövlətimiz növbəti dalğanın mümkünlüyü ehtimalına qarşı tədbirlər görməkdədir. İki Olimpiya kompleksinin müvəqqəti olaraq xəstəxanaya çevrilməsi, modul tipli xəstəxana tikintisinin davam etdirilməsi, eyni zamanda, tibbi maska istehsalının genişləndirilməsi üçün avadanlıqların gətirilməsi ilə paralel olaraq ən çox ziyan çəkən sahələr və aztəminatlı ailələrə dəstəklə bağlı növbəti yardımların göstərilməsinə hazırlıq başlayıb.

Dövlət büdcəsindən də dəstək proqramlarının həyata keçirilməsi üçün 600 milyon manat vəsait ayrıldı. Eyni zamanda ötən gün Baş nazir Əli Əsədovun qərarı ilə “Dövlət əmlakının (mənzil fondundan başqa) icarəyə verilməsi üçün icarə haqqının minimum məbləği”nin təsdiq edilməsi haqqında” 2007-ci il 29 noyabr tarixli 191 nömrəli qərarlarında dəyişiklik edildi, koronavirus pandemiyasının mənfi təsir etdiyi sahələr üzrə fəaliyyət göstərən hüquqi şəxslərə və fərdi sahibkarlara münasibətdə müəyyən edilmiş icarə haqları 2020-ci il 1 aprel tarixindən 2021-ci il 1 yanvar tarixinədək hesablanmayacaq. Başqa sözlə, sözügedən sahibkarlar 9 aylıq icarə xərclərindən azad edildilər. Sahibkarlara dəstək, aztəminatlı ailələrə yardım göstərilməsi, eyni zamanda ictimai iş yerlərinin sayının artırılması yönündə tədbirlər indiyə qədər də aparılıb və davam etdirilir”.

M.Həsənov vurğulayıb ki, dünyanın bütün ölkələrinə, o cümlədən hər bir şəxsə koronavirus pandemiyası maddi və psixoloji zərbə vurub:

“Heç bir ölkə iddia edə bilməz ki, koronavirus pandemiyası zamanı əhalinin maddi gəlirlərini tam qoruyub saxlayıb və yaxud onların istirahətini təmin edib. Dünya supergücü ABŞ, Avropanın ən qüdrətli ölkələri Almaniya və Fransa başda olmaqla, dövlətlərdə iqtisadi daralmalar, bir çox sahələrdə müflisləşmə, insanların gəlirlərinin azalması, iş yerlərinin bağlanması, işsizlik faizinin bir neçə dəfə artmasını müşahidə edirik. Bütün bunlarla bərabər, insanların istirahət imkanlarının məhdudlaşması, evdə qalmaları da psixoloji gərginlik yaradır. Ancaq hamımız bilirik və yaxud bilməliyik ki, dövlətimizin və xalqımızın pandemiyadan minimal zərərlə çıxması üçün Azərbaycanın atdığı addımlar dünyanın ən inkişaf etmiş ölkələri ilə müqayisə edilir.

İqtisadiyyat naziri Mikayıl Cabbarov sərt karantin rejiminə görə dövlətin hər gün 120-150 milyon manat itirdiyini rəsmən elan etdi. Bura sahibkarlara dəstək, xəstələrin müalicəsi, aztəminatlı ailələrə yardım və s. çoxsaylı xərcləri əlavə edəndə real mənzərəni təsəvvür etmək çətin olmaz. Yəni ən böyük zərbəni dövlət öz üzərinə çəkir, milyardlarla vəsait itirir, ancaq əhalinin sağlamlığını təhlükəyə atmır. Prezident İlham Əliyev hələ pandemiya başlayanda elan etmişdi ki, bizim üçün birinci növbədə vacib olan əhalinin sağlamlığının qorunmasıdır. Xalqımız da məhdudlaşmaların insanların sağlamlığı, xəstəlikdən qorunması üçün edildiyini mütləq nəzərə almalı, özlərini qorumalı, Operativ Qərargahın tövsiyələrinə əməl etməlidir. Hamımız bir an tez karantin rejiminin bitməsini və hər şeyin əvvəlki axara dönməsini arzulayırıq. Bunun üçünsə yalnız özümüzü qorumalıyıq. Tibbi maskadan istifadə və gigiyenik qaydalara, sosial məsafəyə əməl ediləcəyi halda biz ikinci dalğanı hiss olunmadan keçirə bilərik”.

Tarix
2020.08.06 / 20:35
Müəllif
Axar.az
Oxunub
9 904
Şərhlər
Digər xəbərlər

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla