Yuxarı

Rus səfirin Əliyevlə təcili görüşü: Türkiyə ilə blok... - Video

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rus səfirin Əliyevlə təcili görüşü: Türkiyə ilə blok... - Video

16:36

Mərhum Vəfa Quluzadə Azərbaycanın həm NATO-ya inteqrasiya edilməsini, həm də Türkiyə ilə hərbi blok yaratmasını təklif etmişdi. Bu təklifdən sonra Rusiyanın ölkəmizdəki səfiri təcili surətdə Ümummilli lider Heydər Əliyevin qəbuluna gələrək, onu şikayət etdi.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Eldar Namazov “Yeni Müsavat”ın canlı efirində deyib. O bildirib ki, Türkiyənin qardaş ölkə olması bütün Azərbaycan cəmiyyətində hakim bir fikirdir:

“Bilirsiniz, biz bir çox ölkəni “qardaş ölkə” adlandırırıq. Misal üçün, Pakistan da bizim üçün qardaş ölkədir. Lakin Türkiyə ilə biz əkiz ölkələrik. Şübhəsiz, bu gün Ukrayna, Pakistanla bizim yüksək səviyyədə münasibətlərimiz var, lakin Türkiyə ilə bizi həm də etnik tarixi bağlar birləşdirir”.

Politoloqun sözlərinə görə, Türkiyə təkcə hərbi məqsədlər üçün Qafqaza gəlməyib:

“Düşünürəm, ən vacib hadisə baş verdi. Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan rəsmi şəkildə bildirdi ki, biz Azərbaycanın yanındayıq və 100 il öncə əcdadlarımız nə etmişdisə, biz də bu gün bunu etməyə hazırıq. Bu gün başda Ermənistan olmaqla, bütün dünya bunu yaxşı anlayır ki, Türkiyə bunu dedisə, mütləq edəcək.

Türkiyə ilə Azərbaycan arasında hərbi bazaların yaradılması real görünür. Bu gün bu sahədə çox ciddi müqavilələr var. Düzdür, hazırda iki ölkə arasında münasibətlərə biz “hərbi blok” deyə bilməsək də, bu yöndə işlər aparılır və əminəm ki, yaxın müddətdə bunun şahidi olacağıq”.

Tarix
2020.08.07 / 17:17
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Tolikə yüksək vəzifə verildi

Terror təşkilatları ilə əlaqəli dəstə üzvlərinin məhkəməsi başladı

Prezident Xocavənddə təndir çörəyinin dadına baxdı - Video

Bundan sonra heç kim bizə qarşı... - Prezident

İlham Əliyev Xocavənd kəndində sakinlərlə söhbət etdi

Daha bir qrup ukraynalı uşaq Bakıya gəldi

Prezident, xanımı və qızları Xocavənd sakinləri ilə görüşdülər

Bu ölkənin prezidentləri Azərbaycana gəlir

Bakı ilə yüz milyonlarla dollarlıq ticarət... - Papoyan

Prezident Xocalıdadır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla